Qax-Qorağan avtomobil yolunda 3 nəfərin xəsarət alması ilə nəticələnən qəza baş verib.
Report.az-ın məlumatına görə, hadisə Turaclı kəndi ərazisində qeydə alınıb.
Qax istiqamətində hərəkətdə olan "Honda" və "VAZ-21099" markalı avtomobillər toqquşub. Xəsarət alanlar Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
