Qəbələdə baş verən yol-nəqliyyat hadisəsi nəticəsində piyada həyatını itirib.
Report.az-ın məlumatına görə, Bakı şəhər sakini Zeynalov Rəşan İlkin oğlu idarə etdiyi “Hyundai Veracruz” markalı avtomobillə piyada Bəkirova Yaqut Orucalı qızını vurub.
Qadın aldığı ağır xəsarətlər nəticəsində Qəbələ Rayon Mərkəzi Xəstəxanasına aparılıb, lakin həkimlərin səylərinə baxmayaraq, Yaqut Bəkirova orada dünyasını dəyişib.
Faktla bağlı cinayət işi başlanılıb.