Şimal bölgəsində istifadə olunan avtobusların sayı açıqlanıb. Bu haqda ShimalNews 15 avqust tarixində xəbər verir.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, respublika ərazisində ötən il təqribən 31,5 min sərnişin avtobusu olub. Onlardan 417-si Xaçmaz rayonunda, 327-si Quba rayonunda, 319-u Qusar rayonunda, 88-i isə İsmayıllı rayonunda istismar edilib.