Xaçmaz rayon sakini bədbəxt hadisə nəticəsində dünyasını dəyişib. Bu barədə ShimalNews 5 yanvar tarixində Report-a istinadən məlumat verir.
56 yaşlı Qaradağlı kənd sakini Ziyad Neymətov yolu keçərkən onu "VAZ-2108" markalı minik avtomobili vurub. Nəticədə xəsarət alan hadisə yerində dünyasını dəyişib.
Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.