Xaçmaz rayonunda ölümlə nəticələnən avtomobil qəzası baş verib. Bu haqda ShimalNews 15 fevral tarixində Apa-ya istinadən xəbər verir.
Hadisə Gəndob-Yalama yolunun Müzəffəroba kəndi ərazisində qeydə alınıb. Yolu piyada keçmək istəyən 65 yaşlı Ağa Babayevi avtomobil vurub.
Xəsarət alan Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.