Bakı-Quba yolunda ölümlə nəticələnən qəza baş verib. Bu barədə ShimalNews 6 mart tarixində xəbər verir.
Hadisə magistralın Beşbarmaq dağı qarşısından keçən hissəsində olub. 56 yaşlı Adil Səftərov yolu keçid üçün nəzərdə tutulmayan yerdən keçmək istəyib. Bu zaman Quba rayon sakini Çingiz Abdullayevin idarə etdiyi “Mercedes” markalı yük avtomobili piyadanı vurub.
Adil Səftərov yerindəcə dünyasını dəyişib. Qəza yerindən görüntüləri oxucularımıza təqdim edirik:
[video width="1080" height="1080" mp4="https://shimal.news/storage/photos/2023/03/ShimalNews-1x13-1.mp4"][/video]