Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Oğuzun Kərimli kəndi ərazisindən keçən hissəsində qəza baş verib.
Day.az–ın məlumatına görə, "Opel" markalı avtomobilin sürücüsü idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi yol kənarındakı qaz xəttinə çırpılıb.
Hadisədən sonra rayonun Padar və Yemişənli kəndlərində 600-ə yaxın abonentə mavi yanacağın verilişi dayandırılıb.
Faktla bağlı araşdırma aparılır.