Bakı-Quba-Rusiya ilə dövlət sərhədi yolunun Xaçmazdan keçən hissəsində qəza baş verib. Bu haqda ShimalNews 23 aprel tarixində məlumat verir.
Qımıl kəndi ərazisində "KİA" markalı avtomobilin sürücüsü idarəetməni itirib. Nəqliyyat vasitəsi yolun kənarına aşaraq ağaca çarpılıb. Nəticədə avtomobildə olanlar xəsarət alıblar. Onlar Xaçmaz Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.