Şimal bölgəsinin daha iki müəllimi sertifikasiya imtahanında yüksək nəticə göstərərək fərqlənib.
Shimal.News xəbər verir ki, fiziki tərbiyə müəllimi olan iki qardaş Rahib və Xəqani Şahverdiyevlər keçirilən sertifikasiya imtahanında 58 bal toplayıblar. Onların nəticəsi region üzrə ən yüksək göstərici hesab olunur.
Rahib Şahverdiyev Xaçmaz şəhəri Mehman Babayev adına 1 nömrəli tam orta məktəbdə, Xəqani Şahverdiyev isə Quba rayonu Zəki Kərimov adına I Nügədi kənd 1 nömrəli tam orta məktəbdə çalışır.