Köhnə Xaçmazda hər gün 1000 nəfərdən çox sakinin, xüsusən də məktəblilərin istifadə etdiyi yol onların həyatını riskə atır.
Bu barədə sakinlər Shimal.News-a məlumat veriblər.
Onlar bildiriblər ki, Taxta körpüdən istifadə günü-gündən təhlükəli olur. Sel suları sütünları yuyub, taxta döşəmə quruyub və laxlayır, tutacaq rolunu oynayan dəmir barmaqlıqlar isə yellənir.
“Körpü çox pis vəziyyətdədir. Onu əl ilə silkələmək belə rahatdır. Hər gün 500-700 şagird məktəbə gedəndə buradan keçir. Üstəlik, kəndin motosiklet sürücüləri də bu körpüdən istifadə edirlər”, - deyə sakinlər bildirib.
View this post on Instagram