Quba şəhərində 2 minik avtomobili toqquşub. Bu barədə ShimalNews 21 dekabr tarixində məlumat verir.
Qəza Heydər Əliyev prospekti (“ASAN xidmət”in yanında) qeydə alınıb. Burada “VAZ-21015” markalı minik avtomobili “VAZ-2107”
markalı avtomobilə çarpılıb. Hadisə nəticəsində xəsarət alan olmayıb.
Şahidlərin sözlərinə görə, “07”-nin dairəvi yola gözləmədən daxil olması qəzaya səbəb olub.