Dövlət Turizm Agentliyinin Quba Regional Turizm İdarəsinə (Quba, Siyəzən, Şabran, Xaçmaz və Qusar rayonlarını əhatə edir) yeni rəis təyin edilib.
Məlumata görə, Ruslan İskəndər oğlu Hacıyev həmin idarəyə rəis təyin olunub.
Bu barədə Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev əmr imzalayıb.
Qeyd edək ki, Ruslan Hacıyev uzun illər Quba rayonu Maliyyə İdarəsinin rəisi vəzifəsində çalışıb.
Mənbə: Qaynarinfo