top
Dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir
21 yanvar 2026, 09:20
- ↺ +

Dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Zaqatala rayon sakini Nərminə Həsənova sosial yardım ala bilmədiyini deyib. O bildirib ki, həyat yoldaşı Həsən Həsənov Vətən müharibəsi iştirakçısıdır və keçirdiyi sarsıntılar səbəbindən əsəb sistemində yaranan problemlərə görə dəfələrlə müalicə alıb.

Baku TV-nin məlumatına görə, fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir.

Maddi çətinliklərlə üzləşən ailə dolanışıq naminə Şəkinin Cuma kəndindən Zaqatalanın Lahıc kəndindəki fermalardan birinə köçmək məcburiyyətində qalıb.

"Üç balam təhsil almalıdır - ikisi məktəbə, biri isə hazırlığa getməlidir. Lakin yoxsulluq ucbatından onları məktəbə göndərə bilmirəm. Dövlət sosial yardım ayırsa, bizi evlə təmin etsə, mən də gedib öz evimdə oturaram. Hər bir ana kimi mən də övladlarımın məktəbə getməsini, oxumasını istəyirəm. Heç yerdən yardım almıram, sadəcə prezident təqaüdü 80 manat var. İmtina vururlar ki, iş lazımdır. Nə mən, nə də yoldaşım işləyə bilirik".

Məsələ ilə bağlı Dövlət Sosial Müdafiə Fondundan bildirilib ki, Həsən Həsənovun həyat yoldaşı, Nərminə Həsənova ilə ailənin ünvanlı dövlət sosial yardım hüququnun müəyyən edilməsi ilə əlaqədar ilkin olaraq telefon vasitəsilə əlaqə yaradılıb. Danışıq zamanı məlum olub ki, ailənin yardımla bağlı elektron sistemə sonuncu müraciəti 2023-cü ildə olub. Həmin müraciətə ailənin ərizə-bəyannamədə göstərdiyi ünvanda yaşamaması səbəbindən imtina verilib.

"Bundan sonra ailənin sosial yardımla bağlı elektron sistemə müraciəti olmayıb. Hazırda ailə tərkibi 6 nəfərdən ibarətdir. Nərminə Həsənova 8 yaşadək uşağa qulluq edən şəxs, həyat yoldaşı isə ailənin əmək qabiliyyətli üzvü olsa da, məşğulluğu olmayan şəxsdir. Bu səbəblə hazırda ailənin ünvanlı dövlət sosial yardım hüququ yaranmır", - qurumdan bildirilib.

Ailənin vəziyyəti ilə bağlı Şəki Şəhər İcra Hakimiyyətindən bildirilib ki, vətəndaş Həsən Namiq oğlu Həsənov Şəkinin Cumakənd kəndində qeydiyyatdadır:

"Ailənin böyük olması nəzərə alınaraq Cumakənd kənd inzibati ərazi üzrə nümayəndəlik tərəfindən 2025-ci ilin yay aylarında kəndin Palmet adlanan yaşayış məntəqəsində yerləşən köhnə məktəb binasında iki otaq ayrılaraq yaşayış üçün şərait yaradılıb. Ailəyə maddi köməklik göstərilib. Cumakənddə yaşadıqları müddətdə Həsən Həsənovun iki övladı məktəbə gedib. Ailəyə Şəki Şəhər İcra Hakimiyyəti tərəfindən 2022-2025-ci illər ərzində ümumilikdə 600 manat məbləğində maddi yardım göstərilib".

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün 8 Noyabr - Zəfər Günüdür!

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 43-cü günü – XRONİKA

İqtisadiyyat
Dünən, 17:59

Gübrə bahalaşır: fermerləri və ərzaq bazarını hansı risklər gözləyir?

İqtisadiyyat
Dünən, 17:43

Qəbələnin iqtisadiyyatında musiqi alətləri istehsalının da yer aldığını bilirdinizmi?

Cəmiyyət
Dünən, 16:27

Qubanın Çinarlı kəndində yük maşınları sakinləri narahat edir

Cəmiyyət
Dünən, 16:06

Şimalda evi isitmək neçəyə başa gəlir? - SHİMAL.NEWS-un ARAŞDIRMASI

Cəmiyyət
Dünən, 15:51

Səfura Əliyeva "Qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülüb

Hadisə
Dünən, 14:19

Bakı-Şamaxı yolunda qəza: ölən və yaralanan var

Cəmiyyət
Dünən, 13:00

Qarın hündürlüyü 5 santimetrə çatıb - Şimalda faktiki hava

Cəmiyyət
Dünən, 12:08

Qaxda qatı duman və yağış müşahidə olunur - VİDEO

İqtisadiyyat
Dünən, 11:30

Turizm biznesi üçün əlavə vergi güzəştləri təklif olunur

Cəmiyyət
Dünən, 10:31

Qaxda Zəfər Günündə konsert və atəşfəşanlıq olacaq

Cəmiyyət
Dünən, 10:07

Yalançı "İsmayıllı şoru" aşkarlandı – Müəssisənin fəaliyyəti dayandırıldı

Cəmiyyət
Dünən, 09:40

Qubada Səməd Vurğunun 120 illiyi qeyd olunub - FOTO

Cəmiyyət
Dünən, 09:07

"Onların Mehdisi, bizim Mixaylomuz" - Oğuz və İsmayıllıda çəkilişi aparılan film

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 42-ci günü – XRONİKA

İqtisadiyyat
06 noyabr 2026, 17:12

Şimalda sertifikatlı toxum satışına başlanılır

İqtisadiyyat
06 noyabr 2026, 16:39

Süd məhsullarına yeni etiket tətbiq edilir – Fermerlər üçün dəyişəcək?

İqtisadiyyat
06 noyabr 2026, 16:23

Kiçik sahibkarları 5 illik vergi güzəşti gözləyir – 10 min nəfər faydalana bilər

Kriminal
06 noyabr 2026, 16:13

Qusarda kişi mərhum qardaşının arvadını evdən qovmaq istədi

İqtisadiyyat
06 noyabr 2026, 15:58

Turistlər Şimalı seçir, Qusar liderdir - STATİSTİKA

İqtisadiyyat
06 noyabr 2026, 15:14

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

İqtisadiyyat
06 noyabr 2026, 15:13

Baytarlıq ekspertizası üçün dövlət rüsumu 2 dəfə azaldılır

Cəmiyyət
06 noyabr 2026, 14:50

Qəbələdə 26 vətəndaşın müraciəti dinlənilib

Oxşar xəbərlər