top
Dərman bazarında ağıllı nəzarət sistemi işə düşdü
04 may 2026, 11:34
- ↺ +

Dərman bazarında "ağıllı nəzarət" sistemi işə düşdü

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycanda əczaçılıq sektorunun rəqəmsallaşdırılması istiqamətində mühüm addımlar atılıb.

Shimal.News məlumat verir ki, bu barədə Səhiyyə Naziri Teymur Musayev "Azərbaycan Əczaçılıq Sənayesi: Dünən, Bu Gün və Sabah" II Beynəlxalq Konfransında çıxışı zamanı məlumat verib.

Nazir bildirib ki, rəqəmsallaşma tədbirləri çərçivəsində elektron resept platforması istifadəyə verilib. Paralel olaraq, dərman vasitələrinin dövriyyəsinə nəzarətin gücləndirilməsi məqsədilə Təqib və İzləmə Sisteminin mərhələli tətbiqinə başlanılıb.

Qeyd olunub ki, ilkin mərhələdə psixotrop və güclü təsir edən dərman vasitələrinin izlənməsi həyata keçirilib. Qısa müddət ərzində ölkə üzrə tibb müəssisələri, topdan və pərakəndə əczaçılıq obyektləri sistemə inteqrasiya olunaraq koordinasiyalı fəaliyyət təmin edilib.

Nazirin sözlərinə görə, sistemin əsas məqsədi əhalinin sağlamlığının qorunması ilə yanaşı, nəzarət mexanizmlərinin təkmilləşdirilməsi və sahibkarlar üçün biznes proseslərinin sadələşdirilməsidir. Bu yanaşmanın səhiyyə sistemində ümumi səmərəliliyi artırdığı vurğulanıb.

Eyni zamanda bildirilib ki, əczaçılıq sahəsində aparılan islahatlar təhsil istiqamətində də yenilikləri zəruri edir. Bu çərçivədə Azərbaycan Tibb Universitetinin əczaçılıq fakültəsi ölkədə aparıcı elmi-tədqiqat mərkəzlərindən birinə çevrilib, müasir laboratoriya infrastrukturu yaradılıb və tələbələrin praktiki hazırlığı üçün istehsalat bazaları genişləndirilib.

Nazir əlavə edib ki, ötən il Azərbaycan Tibb Universiteti, "Scandens", Peç Universiteti və "Panon Pharma" arasında imzalanmış memorandum çərçivəsində mütəxəssislər üçün müxtəlif təlim və təcrübə proqramlarının həyata keçirilməsi nəzərdə tutulur.

Sonda vurğulanıb ki, əczaçılıq sektorunda aparılan islahatlar nəticəsində əhalinin keyfiyyətli və təhlükəsiz dərman vasitələrinə çıxışı genişlənir və ümumilikdə səhiyyə sisteminin inkişafına töhfə verilir.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün 8 Noyabr - Zəfər Günüdür!

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 43-cü günü – XRONİKA

İqtisadiyyat
Dünən, 17:59

Gübrə bahalaşır: fermerləri və ərzaq bazarını hansı risklər gözləyir?

İqtisadiyyat
Dünən, 17:43

Qəbələnin iqtisadiyyatında musiqi alətləri istehsalının da yer aldığını bilirdinizmi?

Cəmiyyət
Dünən, 16:27

Qubanın Çinarlı kəndində yük maşınları sakinləri narahat edir

Cəmiyyət
Dünən, 16:06

Şimalda evi isitmək neçəyə başa gəlir? - SHİMAL.NEWS-un ARAŞDIRMASI

Cəmiyyət
Dünən, 15:51

Səfura Əliyeva "Qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülüb

Hadisə
Dünən, 14:19

Bakı-Şamaxı yolunda qəza: ölən və yaralanan var

Cəmiyyət
Dünən, 13:00

Qarın hündürlüyü 5 santimetrə çatıb - Şimalda faktiki hava

Cəmiyyət
Dünən, 12:08

Qaxda qatı duman və yağış müşahidə olunur - VİDEO

İqtisadiyyat
Dünən, 11:30

Turizm biznesi üçün əlavə vergi güzəştləri təklif olunur

Cəmiyyət
Dünən, 10:31

Qaxda Zəfər Günündə konsert və atəşfəşanlıq olacaq

Cəmiyyət
Dünən, 10:07

Yalançı "İsmayıllı şoru" aşkarlandı – Müəssisənin fəaliyyəti dayandırıldı

Cəmiyyət
Dünən, 09:40

Qubada Səməd Vurğunun 120 illiyi qeyd olunub - FOTO

Cəmiyyət
Dünən, 09:07

"Onların Mehdisi, bizim Mixaylomuz" - Oğuz və İsmayıllıda çəkilişi aparılan film

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 42-ci günü – XRONİKA

İqtisadiyyat
06 noyabr 2026, 17:12

Şimalda sertifikatlı toxum satışına başlanılır

İqtisadiyyat
06 noyabr 2026, 16:39

Süd məhsullarına yeni etiket tətbiq edilir – Fermerlər üçün dəyişəcək?

İqtisadiyyat
06 noyabr 2026, 16:23

Kiçik sahibkarları 5 illik vergi güzəşti gözləyir – 10 min nəfər faydalana bilər

Kriminal
06 noyabr 2026, 16:13

Qusarda kişi mərhum qardaşının arvadını evdən qovmaq istədi

İqtisadiyyat
06 noyabr 2026, 15:58

Turistlər Şimalı seçir, Qusar liderdir - STATİSTİKA

İqtisadiyyat
06 noyabr 2026, 15:14

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

İqtisadiyyat
06 noyabr 2026, 15:13

Baytarlıq ekspertizası üçün dövlət rüsumu 2 dəfə azaldılır

Cəmiyyət
06 noyabr 2026, 14:50

Qəbələdə 26 vətəndaşın müraciəti dinlənilib

Oxşar xəbərlər