top
Deputat: Sahibsiz itləri Bakıdan gətirib Qubada buraxırlar
01 sentyabr 2026, 10:18
- ↺ +

Deputat: "Sahibsiz itləri Bakıdan gətirib Qubada buraxırlar"

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Son dövrlər ölkənin müxtəlif bölgələrində sahibsiz itlərin insanlara hücumu və it dişləməsi halları qeydə alınır.

Belə hallar Quba və Qusarla yanaşı, Biləsuvar, Şəki, eləcə də Bakının bəzi qəsəbələrində də belə hadisələr baş verib.

Bu hadisələr sahibsiz itlərin sayına nəzarət, onların küçələrdən yığılması, sığınacaqların fəaliyyəti və insanların təhlükəsizliyinin qorunması ilə bağlı görülən işlərin nə dərəcədə yetərli olması məsələsini gündəmə gətirir.

Mövzu ilə bağlı açıqlama verən Milli Məclisin 59 saylı Quba seçki dairəsinin deputatı Əlibala Məhərrəmzadə bildirib ki, sahibsiz itlərlə bağlı problemin həlli üçün sığınacaqların yaradılması və heyvanların müvafiq baytarlıq prosedurlarından keçirilməsi vacibdir. 

Onun sözlərinə görə, 2024-cü ildə quduzluqla əlaqədar təxminən 1200 nəfərə vaksin vurulub.

"2024-cü ildə quduzluqla əlaqədar 1200-ə yaxın vaksin vurulmuşdu. Bu, il ərzində çoxsaylı insanın it dişləməsinə məruz qalması deməkdir. Bu problem öz-özünə həll olunası məsələ deyil. Çıxış yollarından biri sığınacaqların yaradılmasıdır".

Deputat qeyd edib ki, sahibsiz itlər sığınacaqlara yerləşdirildikdən sonra onlarla bağlı müvafiq baytarlıq tədbirləri həyata keçirilməlidir:

"Sığınacaqlar yaradıldıqdan sonra küçə itlərinin bir hissəsi həmin yerlərə toplanmalı, quduzluğa qarşı və digər zəruri baytarlıq prosedurlarından keçirilməlidir. Bununla bağlı bütün məsələlər sistemli şəkildə həlli tapılmalıdır".

Ə.Məhərrəmzadənin sözlərinə görə, problemin həllini çətinləşdirən səbəblərdən biri də mütəxəssis çatışmazlığıdır:

"Burada bir neçə səbəb var. Onlardan biri mütəxəssis çatışmazlığı, xüsusilə təcrübəli mütəxəssislərin kifayət qədər olmamasıdır. Düşünürəm ki, Qubada bu, böyük problemdir və builki tədbirlər planında mütləq nəzərə alınmalıdır. Prosesin tənzimlənməsi üçün regionun xüsusiyyətlərinə uyğun mexanizm yaradılmalıdır".

Deputat Qubada sahibsiz itlərin sayının artmasının səbəblərindən biri kimi Bakı və ətraf ərazilərdən tutulan itlərin rayona gətirilib buraxılmasını göstərib:

"Əsas səbəblərdən biri də budur ki, Bakıdan və Bakıətrafı rayonlardan tutulan itlər nədənsə Qubaya gətirilərək buraxılır. Abşeron və Sumqayıtda da eyni mənzərə ilə rastlaşırıq. İtləri tutub Qubaya gətirirlər, çünki Quba yaxın rayonlardan biridir. Bunun nəticəsində rayonda həddindən artıq çox sahibsiz it toplanır".

Ə.Məhərrəmzadə onu vurğulayıb ki, sahibsiz itlərin sayının bu şəkildə artması insanlar üçün ciddi təhlükə yaradır:

"Qubada çox sayda sahibsiz itin toplanması insanlar üçün kifayət qədər böyük təhlükə və zərər yaradır. Ona görə də bu məsələ sistemli şəkildə həll edilməlidir".

 

Mənbə: Modern.az

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün 8 Noyabr - Zəfər Günüdür!

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 43-cü günü – XRONİKA

İqtisadiyyat
Dünən, 17:59

Gübrə bahalaşır: fermerləri və ərzaq bazarını hansı risklər gözləyir?

İqtisadiyyat
Dünən, 17:43

Qəbələnin iqtisadiyyatında musiqi alətləri istehsalının da yer aldığını bilirdinizmi?

Cəmiyyət
Dünən, 16:27

Qubanın Çinarlı kəndində yük maşınları sakinləri narahat edir

Cəmiyyət
Dünən, 16:06

Şimalda evi isitmək neçəyə başa gəlir? - SHİMAL.NEWS-un ARAŞDIRMASI

Cəmiyyət
Dünən, 15:51

Səfura Əliyeva "Qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülüb

Hadisə
Dünən, 14:19

Bakı-Şamaxı yolunda qəza: ölən və yaralanan var

Cəmiyyət
Dünən, 13:00

Qarın hündürlüyü 5 santimetrə çatıb - Şimalda faktiki hava

Cəmiyyət
Dünən, 12:08

Qaxda qatı duman və yağış müşahidə olunur - VİDEO

İqtisadiyyat
Dünən, 11:30

Turizm biznesi üçün əlavə vergi güzəştləri təklif olunur

Cəmiyyət
Dünən, 10:31

Qaxda Zəfər Günündə konsert və atəşfəşanlıq olacaq

Cəmiyyət
Dünən, 10:07

Yalançı "İsmayıllı şoru" aşkarlandı – Müəssisənin fəaliyyəti dayandırıldı

Cəmiyyət
Dünən, 09:40

Qubada Səməd Vurğunun 120 illiyi qeyd olunub - FOTO

Cəmiyyət
Dünən, 09:07

"Onların Mehdisi, bizim Mixaylomuz" - Oğuz və İsmayıllıda çəkilişi aparılan film

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 42-ci günü – XRONİKA

İqtisadiyyat
06 noyabr 2026, 17:12

Şimalda sertifikatlı toxum satışına başlanılır

İqtisadiyyat
06 noyabr 2026, 16:39

Süd məhsullarına yeni etiket tətbiq edilir – Fermerlər üçün dəyişəcək?

İqtisadiyyat
06 noyabr 2026, 16:23

Kiçik sahibkarları 5 illik vergi güzəşti gözləyir – 10 min nəfər faydalana bilər

Kriminal
06 noyabr 2026, 16:13

Qusarda kişi mərhum qardaşının arvadını evdən qovmaq istədi

İqtisadiyyat
06 noyabr 2026, 15:58

Turistlər Şimalı seçir, Qusar liderdir - STATİSTİKA

İqtisadiyyat
06 noyabr 2026, 15:14

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

İqtisadiyyat
06 noyabr 2026, 15:13

Baytarlıq ekspertizası üçün dövlət rüsumu 2 dəfə azaldılır

Cəmiyyət
06 noyabr 2026, 14:50

Qəbələdə 26 vətəndaşın müraciəti dinlənilib

Oxşar xəbərlər