top
COP29 zamanı Bakıya giriş qaydaları AÇIQLANDI
02 noyabr 2024, 09:52
- ↺ +

COP29 zamanı Bakıya giriş qaydaları AÇIQLANDI

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) zamanı Bakıda nəqliyyatın hərəkətini optimallaşdırmaq üçün bəzi küçə və prospektlərdə istiqamət dəyişiklikləri tətbiq olunacaq.

Shimal.News xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin (NİİM) rəhbəri Namidan Piriyev COP29 tədbirləri çərçivəsində həyata keçiriləcək nəqliyyat planının təqdimatında məlumat verib.

O bildirib ki, Bakı-Salyan yolunun 14-cü kilometrliyindən şəhərə daxil olan nəqliyyat vasitələri Şıxov istiqamətində Lökbatan dairəsi yaxınlığında qurulacaq nəzarət postundan Bakı kənar dairəvi yoluna yönəldiləcək. Badamdar istiqamətinə keçid açıq olacaq, Yasamal və “Şamaxinka” kimi tanınan ərazilərə giriş isə yalnız müəyyən fasilələrlə təmin olunacaq. 

Əsas nəqliyyat axını isə Biləcəri, Avtovağzal və Sumqayıt istiqamətlərinə yönəldiləcək. Şamaxı-İsmayıllı istiqamətindən gələn nəqliyyat vasitələri Müşfiq-Xocəsən yolundakı postlardan nisbətən məhdudiyyətlərlə “Şamaxinka” istiqamətinə və Ziya Bünyadov prospektinə buraxılacaqlar. Quba-Sumqayıt istiqamətindən hərəkət edən nəqliyyat vasitələri Sumqayıt şəhərinin girişindəki yanacaqdoldurma məntəqəsinin yanında yerləşən postdan fasilələrlə buraxılacaq. Sumqayıt-Novxanı istiqamətindən gələn avtomobillər isə Binəqədi-Baksol yolundakı nəzarət postundan fasilələrlə keçə biləcəklər.

"Bu məntəqələr Bakıya giriş nöqtələri kimi təşkil olunacaq", - N. Piriyev bildirib.

Onun sözlərinə görə, şəhər daxilində də bəzi küçə və prospektlərdə hərəkət istiqaməti dəyişdirilib: "Mərkəzdən hava limanı istiqamətinə gedən sürücülər Nizami küçəsindən düzünə Yusif Səfərov küçəsinə, ordan isə İzzət Orucov küçəsinə keçərək sağa Fəzail Bayramov küçəsinə və sola 8 Noyabr prospektinə çıxa, həmçinin Zığ yolu ilə də hava limanı istiqamətinə davam edə biləcəklər. Heydər Əliyev prospektində əlavə köməkçi yolla Bakıxanov qəsəbəsi ərazisindən keçərək Sabunçu-Zabrat istiqamətində hərəkət etmək istəyən sürücülər “Koroğlu” metro stansiyasının yanından sağ zolaqla Bəşir Bünyadov, Yavər Əliyev və sola Asif Əsədullayev küçələrindən keçərək Sabunçu-Zabrat yoluna çıxa biləcəklər.

Koroğlu Rəhimov və Xətai Dəmirçizadə küçələrindən mərkəz istiqamətinə hərəkət edən nəqliyyat vasitələri Yusif Səfərov və 10-cu Zavod küçələrindən istifadə etməklə sağa dönərək Bakı Şəhər Baş Polis İdarəsinin arxasında yerləşən Ələddin Quliyev küçəsi ilə hərəkət edib Dilarə Əliyeva və Rəşid Behbudov küçələrinə çıxa biləcəklər".

N.Piriyev əlavə edib ki, Bilgəh kardioloji sanatoriyası və Maştağa qəsəbəsinin “Albalılıq” ərazisindən hava limanı istiqamətində gələnlər Mərdəkandan keçərək Şüvəlan istiqamətində Qala dairəsinə və oradan Zığ şosesinə çıxmaqla yoluna davam edə biləcəklər: "Hava limanı istiqamətindən gələn sürücülər isə Zığ şosesindən 8 Noyabr prospektinə keçərək Afyəddin Cəlilov, Fəzail Bayramov və Mehdi Mehdizadə küçələri ilə hərəkət edəcəklər. Sabunçu rayonu istiqamətindən şəhərə gələn sürücülər isə Balaxanı yolu ilə Binəqədi ərazisini keçərək şimal istiqamətinə və paytaxtın mərkəzinə yönələ biləcəklər".

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün 8 Noyabr - Zəfər Günüdür!

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 43-cü günü – XRONİKA

İqtisadiyyat
Dünən, 17:59

Gübrə bahalaşır: fermerləri və ərzaq bazarını hansı risklər gözləyir?

İqtisadiyyat
Dünən, 17:43

Qəbələnin iqtisadiyyatında musiqi alətləri istehsalının da yer aldığını bilirdinizmi?

Cəmiyyət
Dünən, 16:27

Qubanın Çinarlı kəndində yük maşınları sakinləri narahat edir

Cəmiyyət
Dünən, 16:06

Şimalda evi isitmək neçəyə başa gəlir? - SHİMAL.NEWS-un ARAŞDIRMASI

Cəmiyyət
Dünən, 15:51

Səfura Əliyeva "Qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülüb

Hadisə
Dünən, 14:19

Bakı-Şamaxı yolunda qəza: ölən və yaralanan var

Cəmiyyət
Dünən, 13:00

Qarın hündürlüyü 5 santimetrə çatıb - Şimalda faktiki hava

Cəmiyyət
Dünən, 12:08

Qaxda qatı duman və yağış müşahidə olunur - VİDEO

İqtisadiyyat
Dünən, 11:30

Turizm biznesi üçün əlavə vergi güzəştləri təklif olunur

Cəmiyyət
Dünən, 10:31

Qaxda Zəfər Günündə konsert və atəşfəşanlıq olacaq

Cəmiyyət
Dünən, 10:07

Yalançı "İsmayıllı şoru" aşkarlandı – Müəssisənin fəaliyyəti dayandırıldı

Cəmiyyət
Dünən, 09:40

Qubada Səməd Vurğunun 120 illiyi qeyd olunub - FOTO

Cəmiyyət
Dünən, 09:07

"Onların Mehdisi, bizim Mixaylomuz" - Oğuz və İsmayıllıda çəkilişi aparılan film

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 42-ci günü – XRONİKA

İqtisadiyyat
06 noyabr 2026, 17:12

Şimalda sertifikatlı toxum satışına başlanılır

İqtisadiyyat
06 noyabr 2026, 16:39

Süd məhsullarına yeni etiket tətbiq edilir – Fermerlər üçün dəyişəcək?

İqtisadiyyat
06 noyabr 2026, 16:23

Kiçik sahibkarları 5 illik vergi güzəşti gözləyir – 10 min nəfər faydalana bilər

Kriminal
06 noyabr 2026, 16:13

Qusarda kişi mərhum qardaşının arvadını evdən qovmaq istədi

İqtisadiyyat
06 noyabr 2026, 15:58

Turistlər Şimalı seçir, Qusar liderdir - STATİSTİKA

İqtisadiyyat
06 noyabr 2026, 15:14

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

İqtisadiyyat
06 noyabr 2026, 15:13

Baytarlıq ekspertizası üçün dövlət rüsumu 2 dəfə azaldılır

Cəmiyyət
06 noyabr 2026, 14:50

Qəbələdə 26 vətəndaşın müraciəti dinlənilib

Oxşar xəbərlər