Yeni tədris ilində Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 4 məktəb binasının sökülərək yenidən tikilməsi, 90-dan çox təhsil müəssisəsində isə təmir işlərinin aparılması nəzərdə tutulur.
Modern.az-ın məlumatına görə, bu baradə Şəki-Zaqatala Regional Təhsil İdarəsindən bildirlib.
Bildirilib ki, son iki ildə Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 100-də çox məktəbdə cari, 1-də əsaslı təmir işləri aparılıb, 8 müəssisə binası sökülərək yenidən tikilib.
Regional Təhsil İdarəsindən verilən məlumata görə, təhsil müəssisələrinin təmir, eləcə də tikintisi növbəlilik və prioritetlik əsasında həyata keçirilir.