Şamaxı rayonunun Göylər kəndində sakinlərin nümayiş etdirdiyi həmrəylik rəğbət doğurub.
Shimal.News xəbər verir ki, sakinlərin kəndin şəhidi Elgün Quliyevin xatirəsini əbədiləşdirmək və gediş-gəlişi rahatlaşdırmaq məqsədilə kəndin daxili yolunu öz hesablarına yenidən qurur.
Əvvəllər çınqıl və iri daşlarla örtülü olan, istifadəyə yararsız vəziyyətdəki yolun təmiri üçün kənd camaatı könüllü şəkildə pul toplayaraq inşaat materialları alıblar. İşlərdə isə hamı bərabər iştirak edir: biri daş daşıyır, digəri səliqə ilə düzür.
Xüsusilə diqqət çəkən odur ki, yola asfalt əvəzinə mişar daşları döşənir. Sakinlər bildirirlər ki, bu material asfaltdan daha dözümlü və uzunömürlüdür, buna görə də məhz mişar daşlara üstünlük verilib.