top
Bayram qabağı Qubada böhran: Xəstəxanada maaşlar niyə verilmir?
17 mart 2026, 16:41
- ↺ +

Bayram qabağı Qubada böhran: Xəstəxanada maaşlar niyə verilmir?

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Quba Rayon Mərkəzi Xəstəxanasında əməkhaqlarının gecikməsi ilə bağlı vəziyyət getdikcə daha da kritik həddə çatıb. Artıq martın 17-si olmasına baxmayaraq, mindən çox tibb işçisi hələ də fevral ayının maaşını ala bilməyib.

Shimal.News-a daxil olan məlumata görə, təxminən 1500-ə yaxın əməkdaş bu problemlə üz-üzədir. Halbuki əmək müqavilələrinə əsasən maaşlar ən gec hər ayın 10-dək ödənilməlidir. Bayram ərəfəsində – həm Ramazan, həm də Novruz öncəsi belə vəziyyətin yaşanması işçilərin narazılığını daha da artırıb.

Tibb işçiləri bildirirlər ki, digər qurumlarda bayram münasibətilə maaşların vaxtından əvvəl ödənilməsi halları müşahidə olunduğu halda, burada əks vəziyyət hökm sürür.

Məsələnin kökündə isə maliyyə idarəçiliyindəki problemlərin dayandığı iddia olunur. Bildirilir ki, ötən ilin noyabr ayında müəssisənin baş mühasibi Elşən Babayev vəzifədən azad edilib və onun külli miqdarda vəsaiti mənimsəməkdə şübhəli bilindiyi qeyd olunur. Həmin dövrdən etibarən maaş gecikmələrinin başladığı vurğulanır.

İşçilərin sözlərinə görə, hazırda baş mühasib vəzifəsi boş qalıb və yeni təyinat gözlənilir. Buna baxmayaraq, müəssisədə daha bir neçə mühasibin çalışdığı bildirilsə də, maaşların hesablanması və ödənilməsi prosesində ciddi problemlər qalmaqdadır.

"Rəhbərlikdən konkret cavab ala bilmirik. Yaxın günlərdə veriləcək deyirlər, amma pul hələ də yoxdur", – deyə narazılıq ifadə olunur.

Qeyd edək ki, bu, ilk hal deyil. Fevral və əvvəlki aylarda da oxşar gecikmələr qeydə alınıb. Hətta ötən ilin iyulunda müxtəlif rayonlarda fəaliyyət göstərən təcili tibbi yardım əməkdaşlarının da maaşlarının gecikdiyi bildirilirdi. Bu isə problemin sistemli xarakter daşıdığına dair suallar yaradır.

Hüquqşünas Ramil Süleymanov bu kimi halların necə tənzimləndiyini Shimal.News-un oxucuları üçün açıqlayıb:

"Əmək haqqının verilməsi ilə müddəalar Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 172-ci maddəsinə uyğun şəkildə tənzimlənir. Maddənin 5-ci bəndinə əsasən əmək haqqının verilməsi işə götürənin təqsiri üzündən gecikdirilirsə və fərdi əmək mübahisəsinin yarandığı halda işçilərin hüququ var ki, məhkəməyə müraciət edərək hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının ən azı bir faizi məbləğində ödənc verilməsini tələb etsinlər". 


Bütün bu faktlar fonunda əsas sual açıq qalır: yüzlərlə tibb işçisinin aylardır davam edən maaş problemi niyə hələ də həll olunmur və məsul qurumlar niyə susur? Bayram ərəfəsində insanların sosial durumunu bu həddə çatdırmaq nə dərəcədə qəbulolunandır?

Məsələ ilə bağlı Quba RMX-nin mətbuat xidməti bildirir ki, TƏBİB-ə sorğu ünvanlanmalıdır. TƏBİB isə Quba RMX-da maaşların gecikməsi ilə bağlı susmağa üstünlük verir. Göndərilən sorğu cavabsız qalıb.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün 8 Noyabr - Zəfər Günüdür!

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 43-cü günü – XRONİKA

İqtisadiyyat
Dünən, 17:59

Gübrə bahalaşır: fermerləri və ərzaq bazarını hansı risklər gözləyir?

İqtisadiyyat
Dünən, 17:43

Qəbələnin iqtisadiyyatında musiqi alətləri istehsalının da yer aldığını bilirdinizmi?

Cəmiyyət
Dünən, 16:27

Qubanın Çinarlı kəndində yük maşınları sakinləri narahat edir

Cəmiyyət
Dünən, 16:06

Şimalda evi isitmək neçəyə başa gəlir? - SHİMAL.NEWS-un ARAŞDIRMASI

Cəmiyyət
Dünən, 15:51

Səfura Əliyeva "Qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülüb

Hadisə
Dünən, 14:19

Bakı-Şamaxı yolunda qəza: ölən və yaralanan var

Cəmiyyət
Dünən, 13:00

Qarın hündürlüyü 5 santimetrə çatıb - Şimalda faktiki hava

Cəmiyyət
Dünən, 12:08

Qaxda qatı duman və yağış müşahidə olunur - VİDEO

İqtisadiyyat
Dünən, 11:30

Turizm biznesi üçün əlavə vergi güzəştləri təklif olunur

Cəmiyyət
Dünən, 10:31

Qaxda Zəfər Günündə konsert və atəşfəşanlıq olacaq

Cəmiyyət
Dünən, 10:07

Yalançı "İsmayıllı şoru" aşkarlandı – Müəssisənin fəaliyyəti dayandırıldı

Cəmiyyət
Dünən, 09:40

Qubada Səməd Vurğunun 120 illiyi qeyd olunub - FOTO

Cəmiyyət
Dünən, 09:07

"Onların Mehdisi, bizim Mixaylomuz" - Oğuz və İsmayıllıda çəkilişi aparılan film

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 42-ci günü – XRONİKA

İqtisadiyyat
06 noyabr 2026, 17:12

Şimalda sertifikatlı toxum satışına başlanılır

İqtisadiyyat
06 noyabr 2026, 16:39

Süd məhsullarına yeni etiket tətbiq edilir – Fermerlər üçün dəyişəcək?

İqtisadiyyat
06 noyabr 2026, 16:23

Kiçik sahibkarları 5 illik vergi güzəşti gözləyir – 10 min nəfər faydalana bilər

Kriminal
06 noyabr 2026, 16:13

Qusarda kişi mərhum qardaşının arvadını evdən qovmaq istədi

İqtisadiyyat
06 noyabr 2026, 15:58

Turistlər Şimalı seçir, Qusar liderdir - STATİSTİKA

İqtisadiyyat
06 noyabr 2026, 15:14

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

İqtisadiyyat
06 noyabr 2026, 15:13

Baytarlıq ekspertizası üçün dövlət rüsumu 2 dəfə azaldılır

Cəmiyyət
06 noyabr 2026, 14:50

Qəbələdə 26 vətəndaşın müraciəti dinlənilib

Hadisə
06 noyabr 2026, 14:30

Şəkidə iki maşın toqquşdu, xəsarət alanlar var

Cəmiyyət
06 noyabr 2026, 14:04

Şəki xəstəxanasına baş həkim təyin olundu

Cəmiyyət
06 noyabr 2026, 13:47

Bayram günləri üçün Bakı-Qəbələ qatarının qrafiki açıqlandı

İdman
06 noyabr 2026, 13:14

"Zaqatala" 600 manat cərimələndi

Oxşar xəbərlər