Bakı-Quba yolunun Siyəzən rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Shimal.News xəbər verir ki, Bakı-Xudat istiqamətində sərnişin daşıyan avtobus yük avtomobilinə çırpılıb.
Nəticədə 1 nəfər sərnişin xəsarət alıb. O, təcili tibbi yardım avtomobili vasitəsilə xəstəxanaya çatdırılıb.
Hazırda fakt araşdırılır.
