Son günlər yağan güclü yağışlardan sonra Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Ağsu rayonundan keçən hissəsində torpaq sürüşməsi baş verib.
Shimal.News xəbər verir ki, hadisə nəticəsində yolun bir zolağında asfalt qatında dərin çökmə və çatlar əmələ gəlib.
Buna görə həmin hissədə avtomobillərin hərəkətində məhdudiyyət yaranıb. Hazırda avtomobillər oradan növbə ilə hərəkət edirlər.