Bakı-Quba yolunda ağır tonnajlı yük maşınları toqquşub. Bu barədə ShimalNews 4 fevral tarixində DİN-nin mətbuat xidmətinə istinadən məlumat verir.
Hadisə magistral yolun 84-cü km-də baş verib. “Mercedes-Benz” markalı 99-UT-794 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə “KamAZ” markalı 77-JD-854 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi toqquşub. Qəza nəticəsində “KamAZ”ın sürücüsü Etibar Əhmədov yüngül bədən xəsarətləri alıb.
Faktla bağlı araşdırma aparılır.