Bakı-Quba yolunda yük avtomobili alışıb. Bu barədə ShimalNews 6 fevral tarixində Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat verir.
Hadisə Siyəzən rayonu ərazisində qeydə alınıb. “VOLVO” markalı tranzit yük avtomobilinin idarəetməni itirərək yol kənarındakı beton maneəyə çarpılması nəticəsində avtomobildən ayrılan təkərdə yanğın baş verib.
Əraziyə cəlb edilən yanğınsöndürənlər yanğını qısa müddətdə söndürərək avtomobilə keçməsinə imkan verməyiblər.
Bundan əlavə, avtomobilin yanacaq çənindən ətrafa dağılmış yanacaq yuyulub.
[video width="1920" height="1080" mp4="https://shimal.news/storage/photos/2023/02/yt1s.com-VOLVO-markali-tranzit-yuk-avtomobilinda-yangin-bas-verib_1080p.mp4"][/video]