Bakı-Quba magistral yolunun Şabran rayonu ərazisində avtomobil sürücüləri təhlükə ilə üzləşir.
Shimal.News xəbər verir ki, burada yerləşən körpünün üzərində temperatur tikişində dəmir parçaları qalxıb.
Sürücülərin sözlərinə görə, bu hal hər an faciəyə səbəb ola bilər. Buna görə də yolun təhlükəsizliyini təmin eləmək üçün təmir-bərpa işləri təcili həyata keçirilməlidir.
Sosial şəbəkələrdə paylaşılan videonu təqdim edirik: