Bakı-Quba yolunda baş verən qəza tıxaca səbəb olub. Bu haqda ShimalNews 9 noyabr tarixində Oxu.Az-a istinadən məlumat verir.
Məlumata əsasən, hadisədə iki avtomobil iştirak edib. Burada “VAZ-2106” markalı maşınla “Opel” markalı nəqliyyat vasitəsi toqquşub. Bu səbəbdən magistral yolda tıxac yaranıb.
Xəsarət alanların olub-olmaması barədə hazırda məlumat yoxdur.