Bakı-Quba yolunda “Hyundai Elantra” yük avtomobilinə çarpılıb, ölən və yaralananlar var. Bu barədə ShimalNews 10 iyun tarixində məlumat verir.
Qəza Şabranın Aygünlü kəndi ərazisində saat 12:00 radələrində baş verib. Nəticədə 35 yaşlı Bakı sakini Pərvanə Quliyeva hadisə yerində dünyasını dəyişib. Eləcə də 4 nəfər xəsarətlə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.