Bakı-Quba yolunda gecə saatlarında əmələ gələn uzun məsafəli tıxacın səbəbləri açıqlanıb. Bu barədə ShimalNews 5 dekabr tarixində məlumat verir.
Magistralın Xızı rayonu ərazisindən keçən hissəsində yaranan tıxac 4 saatdan çox davam edib. Onun uzunluğu 15 kilometrə yaxın olub.
Sürücülərin sözlərinə görə, yolun təmir olunan hissəsində bəzi avtomobillərin qarşı hərəkət zolağına çıxması səbəbindən hərəkət iflic olub.
Dövlət Yol Polisi isə açıqlamasında bildirib ki, sıxlığın yaranma səbəbi nəqliyyat vasitələrinin çoxluğu olub. Başqa hər hansı bir hadisə baş verməyib.