Yetkinlik yaşına çatmayan Şəki rayon sakini atasına məxsus “VAZ” markalı minik avtomobilini magistralda idarə edərkən qəza törədib.
Shimal.News xəbər verir ki, hadisə ötən gün saat 23:00 radələrində qeydə alınıb. “VAZ” qarşıdan gələn “Mercedes” markalı avtomobillə toqquşub və aşıb. Hər iki sürücü xəsarət alıb, avtomobillərə ciddi ziyan dəyib.
Baş Dövlət Yol Polisi İdarəsi avtomobili azyaşlı övladlarına etibar edən valideynlərə müraciət edərək onlara bu əməlin kobud qayda pozuntusu olduğunu bildirir, eyni zamanda bu yanlış addımın ağır faciələrə səbəb ola biləcəyini bir daha xatırladır!