Bakı-Quba-Bakı, Bakı-Qusar-Bakı şəhərlərarası müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır. Bu barədə ShimalNews 14 fevral tarixində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən məlumat verir.
İddiaçıların təklifləri komissiya tərəfindən Bakı-Quba-Bakı istiqamətlərində 5 Lot üzrə martın 28-də, Bakı-Quba-Bakı istiqamətində hərəsində 5 Lot üzrə martın 31-i, aprelin 4-ü və 7-də, Bakı-Quba-Bakı və Bakı-Qusar-Bakı istiqamətlərində 5 Lot üzrə aprelin 11-də müsabiqə keçirilən zaman açılacaq.
İddiaçılar müsabiqədə iştirak etmək üçün tələb olunan sənədləri martın 1-i saat 17:00-dək, ixtisas məlumatlarını isə martın 15-i saat 17:00-dək AYNA-ya təqdim etməlidirlər.
Əlaqələndirici şəxs: Ramil Musayev – (012) 567-99-76, (055) 512-34-97.