Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) gömrük-keçid məntəqələrinin çıxışında gözləmədə olan nəqliyyat vasitələrinin sayını açıqlayıb.
Shimal.News məlumat verir ki, bu günə olan statistikaya əsasən, “Samur” gömrük postunda (Qusar) 40 avtomobil növbədədir, “Xanoba” gömrük postunda (Xaçmaz) isə gözləyən yük maşını yoxdur.