top
Aylar keçir, problem qalır: Zeyid kəndinə gedən yol hələ də keçilməzdir
Video
11 iyul 2026, 12:14
- ↺ +

Aylar keçir, problem qalır: Zeyid kəndinə gedən yol hələ də keçilməzdir

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Quba rayonunun Zeyid kəndinə gedən yolun acınacaqlı vəziyyəti ilə bağlı aylar əvvəl qaldırılan problem hələ də həllini tapmayıb.

Shimal.News-a müraciət edən kənd sakinləri aidiyyəti qurumların diqqətini problemin həllinə yönəltməyi xahiş ediblər.

Sakinlərin sözlərinə görə, asfalt yoldan kəndə qədər uzanan 17 kilometrlik hissə hələ də keçilməz vəziyyətdədir. Bəzi hissələrdə torpaq sürüşmələri baş verib. Kəndə xüsusi avtomobillərlə belə getmək mümkün deyil.

Sakinlər bildirirlər ki, gündəlik həyatları iflic olub. Ərzaq məhsullarının daşınması, xəstələrin tibb müəssisələrinə çatdırılması, məktəblilərin və digər sakinlərin rayon mərkəzinə gediş-gəlişi kimi əhəmiyyətli məsələlərdə ciddi çətinlik yaranıb.

Onların sözlərinə görə, insanlar avtomobil yolu ilə hərəkət edə bilmədikləri üçün otlaq sahələrindən keçərək mənzil başına çatmağa məcbur olurlar.

Xatırladaq ki, məsələ ilə bağlı daha əvvəl 5 saylı Yol İstismarı MMC-dən bildirilmişdi ki, problemli əraziyə texnika və canlı qüvvə cəlb olunub, yolun 7-ci kilometrliyində işlər aparılır və gecikmənin səbəbi intensiv yağıntılarla əlaqədardır.

Quba Rayon İcra Hakimiyyəti isə açıqlamasında son aylarda yağan güclü yağışların yaratdığı fəsadların mərhələli şəkildə aradan qaldırıldığını və Zeyid kəndinə gedən yolun da bərpa olunacağını bildirmişdi.

Lakin sakinlərin Shimal.News-a göndərdikləri son videogörüntülər göstərir ki, problem hələ də öz həllini tapmayıb. Kənd əhalisi aidiyyəti qurumlardan yolun qısa müddətdə əsaslı şəkildə bərpa edilməsini, insanların normal və təhlükəsiz gediş-gəlişinin təmin olunmasını xahiş edir.

@shimal.news Quba rayonunun Zeyid kəndinə gedən yolun acınacaqlı vəziyyəti ilə bağlı aylar əvvəl qaldırılan problem hələ də həllini tapmayıb. Shimal.News-a müraciət edən kənd sakinləri aidiyyəti qurumların diqqətini problemin həllinə yönəltməyi xahiş ediblər. Sakinlərin sözlərinə görə, asfalt yoldan kəndə qədər uzanan 17 kilometrlik hissə hələ də keçilməz vəziyyətdədir. Bəzi hissələrdə torpaq sürüşmələri baş verib. Kəndə xüsusi avtomobillərlə belə getmək mümkün deyil. Sakinlər bildirirlər ki, gündəlik həyatları iflic olub. Ərzaq məhsullarının daşınması, xəstələrin tibb müəssisələrinə çatdırılması, məktəblilərin və digər sakinlərin rayon mərkəzinə gediş-gəlişi kimi əhəmiyyətli məsələlərdə ciddi çətinlik yaranıb. Onların sözlərinə görə, insanlar avtomobil yolu ilə hərəkət edə bilmədikləri üçün otlaq sahələrindən keçərək mənzil başına çatmağa məcbur olurlar. Xatırladaq ki, məsələ ilə bağlı daha əvvəl 5 saylı Yol İstismarı MMC-dən bildirilmişdi ki, problemli əraziyə texnika və canlı qüvvə cəlb olunub, yolun 7-ci kilometrliyində işlər aparılır və gecikmənin səbəbi intensiv yağıntılarla əlaqədardır. Quba Rayon İcra Hakimiyyəti isə açıqlamasında son aylarda yağan güclü yağışların yaratdığı fəsadların mərhələli şəkildə aradan qaldırıldığını və Zeyid kəndinə gedən yolun da bərpa olunacağını bildirmişdi. Lakin sakinlərin Shimal.News-a göndərdikləri son videogörüntülər göstərir ki, problem hələ də öz həllini tapmayıb. Kənd əhalisi aidiyyəti qurumlardan yolun qısa müddətdə əsaslı şəkildə bərpa edilməsini, insanların normal və təhlükəsiz gediş-gəlişinin təmin olunmasını xahiş edir. #shimalnews #quba ♬ оригинальный звук - shimal.news

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün 8 Noyabr - Zəfər Günüdür!

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 43-cü günü – XRONİKA

İqtisadiyyat
Dünən, 17:59

Gübrə bahalaşır: fermerləri və ərzaq bazarını hansı risklər gözləyir?

İqtisadiyyat
Dünən, 17:43

Qəbələnin iqtisadiyyatında musiqi alətləri istehsalının da yer aldığını bilirdinizmi?

Cəmiyyət
Dünən, 16:27

Qubanın Çinarlı kəndində yük maşınları sakinləri narahat edir

Cəmiyyət
Dünən, 16:06

Şimalda evi isitmək neçəyə başa gəlir? - SHİMAL.NEWS-un ARAŞDIRMASI

Cəmiyyət
Dünən, 15:51

Səfura Əliyeva "Qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülüb

Hadisə
Dünən, 14:19

Bakı-Şamaxı yolunda qəza: ölən və yaralanan var

Cəmiyyət
Dünən, 13:00

Qarın hündürlüyü 5 santimetrə çatıb - Şimalda faktiki hava

Cəmiyyət
Dünən, 12:08

Qaxda qatı duman və yağış müşahidə olunur - VİDEO

İqtisadiyyat
Dünən, 11:30

Turizm biznesi üçün əlavə vergi güzəştləri təklif olunur

Cəmiyyət
Dünən, 10:31

Qaxda Zəfər Günündə konsert və atəşfəşanlıq olacaq

Cəmiyyət
Dünən, 10:07

Yalançı "İsmayıllı şoru" aşkarlandı – Müəssisənin fəaliyyəti dayandırıldı

Cəmiyyət
Dünən, 09:40

Qubada Səməd Vurğunun 120 illiyi qeyd olunub - FOTO

Cəmiyyət
Dünən, 09:07

"Onların Mehdisi, bizim Mixaylomuz" - Oğuz və İsmayıllıda çəkilişi aparılan film

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 42-ci günü – XRONİKA

İqtisadiyyat
06 noyabr 2026, 17:12

Şimalda sertifikatlı toxum satışına başlanılır

İqtisadiyyat
06 noyabr 2026, 16:39

Süd məhsullarına yeni etiket tətbiq edilir – Fermerlər üçün dəyişəcək?

İqtisadiyyat
06 noyabr 2026, 16:23

Kiçik sahibkarları 5 illik vergi güzəşti gözləyir – 10 min nəfər faydalana bilər

Kriminal
06 noyabr 2026, 16:13

Qusarda kişi mərhum qardaşının arvadını evdən qovmaq istədi

İqtisadiyyat
06 noyabr 2026, 15:58

Turistlər Şimalı seçir, Qusar liderdir - STATİSTİKA

İqtisadiyyat
06 noyabr 2026, 15:14

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

İqtisadiyyat
06 noyabr 2026, 15:13

Baytarlıq ekspertizası üçün dövlət rüsumu 2 dəfə azaldılır

Cəmiyyət
06 noyabr 2026, 14:50

Qəbələdə 26 vətəndaşın müraciəti dinlənilib

Oxşar xəbərlər