top
Aylar keçdi, problem qalır: Xaçmazda zibil poliqonu kəndliləri boğur
Video
20 iyul 2026, 14:54
- ↺ +

Aylar keçdi, problem qalır: Xaçmazda zibil poliqonu kəndliləri boğur

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Xaçmaz rayonunun Niyazabad kəndi istiqamətində yerləşən zibil poliqonu ilə bağlı problem aylar keçməsinə baxmayaraq hələ də həllini tapmayıb.

Söhbət əvvəllər İzmayılovka yaşayış məntəqəsi ərazisində yerləşən, sonradan isə Niyazabad yolu üzərində Ağçay, İlxıçı və Qarabağlı kəndlərinin yaxınlığına köçürülən məişət tullantıları poliqonundan gedir.

Shimal.News-a yenidən müraciət edən Ağçay kənd sakinləri bildirirlər ki, yaşayış evləri və əkin sahələrinin yaxınlığında yerləşən zibillik ərazidə ekoloji və sanitariya vəziyyətini ağırlaşdırmaqda davam edir. Onların sözlərinə görə, tullantılar açıq havada toplanır və vaxtaşırı yandırılır. Nəticədə ətrafa yayılan qatı tüstü və kəskin üfunət qoxusu sakinlərin gündəlik həyatını çətinləşdirir.

Sakinlər hesab edirlər ki, yaranmış vəziyyət xüsusilə uşaqların və yaşlıların sağlamlığı üçün ciddi risk yaradır. Onların sözlərinə görə, son vaxtlar tənəffüs yolu xəstəlikləri artıb, poliqondan sızan çirkab torpağa və yeraltı sulara qarışaraq əkin sahələrinə, eləcə də quyu sularına ziyan vurur. Bundan başqa, antisanitar vəziyyət səbəbindən ərazidə gəmiricilərin və müxtəlif xəstəlik daşıyıcısı olan həşəratların sayı da çoxalıb.

Qeyd edək ki, Shimal.News bu problemlə bağlı ilk xəbəri 3 aprel 2026-cı il tarixində yayımlayıb. Həmin materialın dərcindən sonra Xaçmaz Rayon İcra Hakimiyyəti bildirib ki, "qeyd olunan məsələnin həlli ilə əlaqədar Xaçmaz MKTİ-yə müvafiq tapşırıqlar verilib".

Lakin həmin açıqlamadan aylar keçməsinə baxmayaraq, problem həllini tapmayıb. Poliqon əvvəlki qaydada fəaliyyətini davam etdirir, tullantılar yandırılır, ətrafa yayılan tüstü və üfunət qoxusu isə yaxınlıqdakı kəndlərin sakinlərini narahat etməkdə davam edir.

Sakinlər aidiyyəti qurumlardan məsələnin yenidən araşdırılmasını, yaşayış məntəqələrinin yaxınlığında yerləşən zibil poliqonu ilə bağlı təxirəsalınmaz tədbirlərin görülməsini və illərdir davam edən problemin nəhayət həll olunmasını tələb edirlər.

 

Son xəbərlər

İqtisadiyyat
Bu gün, 17:59

Gübrə bahalaşır: fermerləri və ərzaq bazarını hansı risklər gözləyir?

İqtisadiyyat
Bu gün, 17:43

Qəbələnin iqtisadiyyatında musiqi alətləri istehsalının da yer aldığını bilirdinizmi?

Cəmiyyət
Bu gün, 16:27

Qubanın Çinarlı kəndində yük maşınları sakinləri narahat edir

Cəmiyyət
Bu gün, 16:06

Şimalda evi isitmək neçəyə başa gəlir? - SHİMAL.NEWS-un ARAŞDIRMASI

Cəmiyyət
Bu gün, 15:51

Səfura Əliyeva "Qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülüb

Hadisə
Bu gün, 14:19

Bakı-Şamaxı yolunda qəza: ölən və yaralanan var

Cəmiyyət
Bu gün, 13:00

Qarın hündürlüyü 5 santimetrə çatıb - Şimalda faktiki hava

Cəmiyyət
Bu gün, 12:08

Qaxda qatı duman və yağış müşahidə olunur - VİDEO

İqtisadiyyat
Bu gün, 11:30

Turizm biznesi üçün əlavə vergi güzəştləri təklif olunur

Cəmiyyət
Bu gün, 10:31

Qaxda Zəfər Günündə konsert və atəşfəşanlıq olacaq

Cəmiyyət
Bu gün, 10:07

Yalançı "İsmayıllı şoru" aşkarlandı – Müəssisənin fəaliyyəti dayandırıldı

Cəmiyyət
Bu gün, 09:40

Qubada Səməd Vurğunun 120 illiyi qeyd olunub - FOTO

Cəmiyyət
Bu gün, 09:07

"Onların Mehdisi, bizim Mixaylomuz" - Oğuz və İsmayıllıda çəkilişi aparılan film

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 42-ci günü – XRONİKA

İqtisadiyyat
Dünən, 17:12

Şimalda sertifikatlı toxum satışına başlanılır

İqtisadiyyat
Dünən, 16:39

Süd məhsullarına yeni etiket tətbiq edilir – Fermerlər üçün dəyişəcək?

İqtisadiyyat
Dünən, 16:23

Kiçik sahibkarları 5 illik vergi güzəşti gözləyir – 10 min nəfər faydalana bilər

Kriminal
Dünən, 16:13

Qusarda kişi mərhum qardaşının arvadını evdən qovmaq istədi

İqtisadiyyat
Dünən, 15:58

Turistlər Şimalı seçir, Qusar liderdir - STATİSTİKA

İqtisadiyyat
Dünən, 15:14

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

İqtisadiyyat
Dünən, 15:13

Baytarlıq ekspertizası üçün dövlət rüsumu 2 dəfə azaldılır

Cəmiyyət
Dünən, 14:50

Qəbələdə 26 vətəndaşın müraciəti dinlənilib

Hadisə
Dünən, 14:30

Şəkidə iki maşın toqquşdu, xəsarət alanlar var

Cəmiyyət
Dünən, 14:04

Şəki xəstəxanasına baş həkim təyin olundu

Oxşar xəbərlər