Martın 19-dan 31-nə kimi avtovağzallar gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
Shimal.News xəbər verir ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişin axınının çox olduğunu nəzərə alaraq vətəndaşlara biletləri əvvəlcədən onlayn qaydada əldə etmələrini tövsiyə edib.
Biletlərin satışı biletim.az portalından onlayn və avtovağzalların kassalarında həyata keçirilir.