Aşura günü şimal rayonları üzrə qanvermə aksiyası keçiriləcək ünvanların siyahısı açıqlanıb.
Shimal.News rayonları və ünvanları təqdim edir.
Şəki - "İmam Əli" məscidi
Quba - Mərkəzi Qan Bankının Quba bölməsi
Xaçmaz - Rayon Mərkəzi Xəstəxanası
Qeyd edək ki, Aşura günü iyunun 25-nə təsadüf edir. Qanvermə aksiyası Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü və Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə reallaşır. Aksiya zamanı toplanan qan hemofiliya və talassemiya, həmçinin digər xəstəliklərdən əziyyət çəkən insanların müalicəsində istifadə olunacaq.