top
Aktaudakı qəzadan sağ çıxan Səlihətin hekayəsi
25 dekabr 2025, 09:05
- ↺ +

Aktaudakı qəzadan sağ çıxan Səlihətin hekayəsi

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Xəbər verdiyimiz kimi, dekabrın 25-i "AZAL"a məxsus təyyarənin Aktauda qəzaya düşməsindən bir il ötür. O elə bir qəza idi ki, yalnız hadisə şahidlərinin, onların yaxın-qohumlarının deyil, bütün azərbaycanlıların ürəyini oraya - Aktauya apardı. Görünməsə də, hamımızın duaları orada idi.

Hadisə şahidlərindən biri, qəzadan möcüzə nəticəsində sağ çıxan, Zaqatala sakini Səlihət Ceerovanı avar dilində "Narahat olma, ana. Mən yaxşıyam. Atamı görməmişəm. İnşallah müalicə alıb qayıdacam", - dediyi videosundan tanıyırıq. Həmin qəzada Səlihət tək deyildi, atası Xizri Ceerov ilə birlikdə Qroznıya gedirdi.

Səlihət deyir ki, o, qəza ilə bağlı bəzi şeyləri unudub:

"Atam Qroznıya işləməyə, mən də əmimgildə 1 ay istirahət etməyə gedirdim. Təyyarədə hər şey normal idi, qeyri-adi nə isə hiss eləmirdim, birdən partlayış səsi eşitdim. Həmin an kəndimizdən olan bir kişi də mənim qarşımdakı yerdə, pəncərənin kənarında oturmuşdu. Bir an gördüm ki, ona qəlpə dəydi, bəlkə də, təyyarənin qopan hissəsi idi, amma yadımda qəlpə qalıb. Atam yanımda oturmuşdu, o durdu ki, kişiyə baxsın, görsün nə olub, elə həmin an ikinci partlayış oldu, ayağımdan zədə aldım. Atam məni qorumaq üçün dedi ki, sən mənim yerimə keç. Kəmərimi bağladı, özü isə arxada oturdu. Həmin vaxt atamla danışırdım, sual verirdim ki, nə vaxt enəcəyik, nə baş verir? Təyyarənin parçalanıb, aşağı düşdüyü an isə yadımda qalmayıb, sanki beynimdən silinib".

Səlihət deyir ki, təyyarə yerə enəndə o, kəmərdən asılı vəziyyətdə qalıbmış:

"Kəndimizdən bir kişi dedi ki, sən kəmərdən asılı qalmışdın. Kəmərimi açın, xilas eləyin məni, deyirdin. Düzdür, bunu özüm xatırlamıram, amma o, mənə elə dedi. Kəmərim açılandan sonrakı hissə yadıma gəlir. Məni təyyarədən çıxarmışdılar, yanımda Balakəndən olan bir oğlan da var idi. Məni onunla birlikdə xəstəxanaya apardılar. Elə yaddaşım da burada sonlandı, dahasını xatırlaya bilmirəm".

Atamın ölümünü mənə çox gec dedilər:

"Qəza anında atamın harada olduğunu, vəfat edə biləcəyi ehtimalını düşünə bilmirdim, özümdə deyildim, həkimlər deyir ki, xəstəxanaya çatdırılanda bədənimdə 2 faiz qanım qalıbmış. Səhv etmirəmsə, yanvarın 10-u dedilər ki, atan dünyasını dəyişib. Xəstəxanadan da, 23-ü çıxdım".

Bundan sonra bir də heç vaxt təyyarəyə minməyəcəm:

"İndidən belə, təyyarəyə minən deyiləm, qorxuram. Gələcək planlarımla bağlı da hələ ki, fikrim yoxdur. İndi Zaqatalada qalırıq, 4 yaşlı qardaşım, 18 yaşlı bacım var. Bilirsiniz, mən hələ də, deyə bilmirəm ki, şanslıyam, ya əksinə. Düzdür, qəzadan sağ çıxdım, bu möcüzə idi, amma atamı itirdim, o mənim üçün hər şey idi. 1 il keçib, hələ də unuda bilmirəm o anları, yaşadığım stressi..." (Lent.az)

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün 8 Noyabr - Zəfər Günüdür!

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 43-cü günü – XRONİKA

İqtisadiyyat
Dünən, 17:59

Gübrə bahalaşır: fermerləri və ərzaq bazarını hansı risklər gözləyir?

İqtisadiyyat
Dünən, 17:43

Qəbələnin iqtisadiyyatında musiqi alətləri istehsalının da yer aldığını bilirdinizmi?

Cəmiyyət
Dünən, 16:27

Qubanın Çinarlı kəndində yük maşınları sakinləri narahat edir

Cəmiyyət
Dünən, 16:06

Şimalda evi isitmək neçəyə başa gəlir? - SHİMAL.NEWS-un ARAŞDIRMASI

Cəmiyyət
Dünən, 15:51

Səfura Əliyeva "Qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülüb

Hadisə
Dünən, 14:19

Bakı-Şamaxı yolunda qəza: ölən və yaralanan var

Cəmiyyət
Dünən, 13:00

Qarın hündürlüyü 5 santimetrə çatıb - Şimalda faktiki hava

Cəmiyyət
Dünən, 12:08

Qaxda qatı duman və yağış müşahidə olunur - VİDEO

İqtisadiyyat
Dünən, 11:30

Turizm biznesi üçün əlavə vergi güzəştləri təklif olunur

Cəmiyyət
Dünən, 10:31

Qaxda Zəfər Günündə konsert və atəşfəşanlıq olacaq

Cəmiyyət
Dünən, 10:07

Yalançı "İsmayıllı şoru" aşkarlandı – Müəssisənin fəaliyyəti dayandırıldı

Cəmiyyət
Dünən, 09:40

Qubada Səməd Vurğunun 120 illiyi qeyd olunub - FOTO

Cəmiyyət
Dünən, 09:07

"Onların Mehdisi, bizim Mixaylomuz" - Oğuz və İsmayıllıda çəkilişi aparılan film

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 42-ci günü – XRONİKA

İqtisadiyyat
06 noyabr 2026, 17:12

Şimalda sertifikatlı toxum satışına başlanılır

İqtisadiyyat
06 noyabr 2026, 16:39

Süd məhsullarına yeni etiket tətbiq edilir – Fermerlər üçün dəyişəcək?

İqtisadiyyat
06 noyabr 2026, 16:23

Kiçik sahibkarları 5 illik vergi güzəşti gözləyir – 10 min nəfər faydalana bilər

Kriminal
06 noyabr 2026, 16:13

Qusarda kişi mərhum qardaşının arvadını evdən qovmaq istədi

İqtisadiyyat
06 noyabr 2026, 15:58

Turistlər Şimalı seçir, Qusar liderdir - STATİSTİKA

İqtisadiyyat
06 noyabr 2026, 15:14

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

İqtisadiyyat
06 noyabr 2026, 15:13

Baytarlıq ekspertizası üçün dövlət rüsumu 2 dəfə azaldılır

Cəmiyyət
06 noyabr 2026, 14:50

Qəbələdə 26 vətəndaşın müraciəti dinlənilib

Oxşar xəbərlər