top
Aidiyyəti qurumların NƏZƏRİNƏ! – İdrisoba adlı kənd var! - VİDEO
23 yanvar 2025, 14:30
- ↺ +

Aidiyyəti qurumların NƏZƏRİNƏ! – İdrisoba adlı kənd var! - VİDEO

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Xaçmaz rayonunun İdrisoba kəndində yolların bərbad vəziyyəti yerli sakinlərin əsas problemlərindən biri olaraq qalır.

Shimal.News-a kənd sakinlərinin göndərdiyi görüntülər bu ərazinin sanki “off-road” yarış meydanı olduğunu göstərir. Əslində isə bu, 400-dən çox əhalisi olan kəndin gündəlik istifadə etdiyi yoldur.

1989-cu ildə kəndə ilk dəfə asfalt çəkilib. Lakin 1992-ci ildə naməlum tankların bu yolla keçərək asfaltı dağıtdığı bildirilir. O vaxtdan bəri 33 il keçməsinə baxmayaraq, kənd yolları hələ də təmir olunmayıb. Hər yağışdan sonra palçığa qərq olan yol sakinlərin həyatını çətinləşdirir.

Kənddə yol problemi ilə yanaşı, digər sosial çətinliklər də var. Sovet dövründə kəndə qaz xətləri çəkilsə də, bu xətlərdən heç vaxt mavi yanacaq verilməyib. Üstəlik, illər sonra qaz xətləri də oğurlanaraq sıradan çıxarılıb. Bu gün sakinlər evlərini həyətlərindəki meyvə ağaclarını kəsib yandırmaqla isitməyə çalışırlar. Lakin meyvə ağacı odununun çox tüstü verdiyini, istilikdə isə təsirli olmadığını bildirirlər.

İdrisobanın su problemi də gündəmdədir. Sakinlərin öz hesablarına çəkdirdikləri su xətləri artıq istifadəyə yararsız vəziyyətdədir. Kəndin bir çox məhəlləsində içməli su yoxdur. Bu isə sakinlərin həyatı üçün əlavə çətinliklər yaradır.

Yerli sakinlər problemləri dəfələrlə aidiyyəti qurumlara çatdırıblar. Lakin bu şikayətlər hələ də nəticəsiz qalır. Nə yol, nə qaz, nə də su məsələsində bir irəliləyiş var.

İdrisoba kəndində sosial çətinliklərdən cana yığılan insanlar öz vəziyyətlərinin düzələcəyinə ümid edirlər. Görəsən, bu gözləntilər nə vaxt reallığa çevriləcək?


 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün 8 Noyabr - Zəfər Günüdür!

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 43-cü günü – XRONİKA

İqtisadiyyat
Dünən, 17:59

Gübrə bahalaşır: fermerləri və ərzaq bazarını hansı risklər gözləyir?

İqtisadiyyat
Dünən, 17:43

Qəbələnin iqtisadiyyatında musiqi alətləri istehsalının da yer aldığını bilirdinizmi?

Cəmiyyət
Dünən, 16:27

Qubanın Çinarlı kəndində yük maşınları sakinləri narahat edir

Cəmiyyət
Dünən, 16:06

Şimalda evi isitmək neçəyə başa gəlir? - SHİMAL.NEWS-un ARAŞDIRMASI

Cəmiyyət
Dünən, 15:51

Səfura Əliyeva "Qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülüb

Hadisə
Dünən, 14:19

Bakı-Şamaxı yolunda qəza: ölən və yaralanan var

Cəmiyyət
Dünən, 13:00

Qarın hündürlüyü 5 santimetrə çatıb - Şimalda faktiki hava

Cəmiyyət
Dünən, 12:08

Qaxda qatı duman və yağış müşahidə olunur - VİDEO

İqtisadiyyat
Dünən, 11:30

Turizm biznesi üçün əlavə vergi güzəştləri təklif olunur

Cəmiyyət
Dünən, 10:31

Qaxda Zəfər Günündə konsert və atəşfəşanlıq olacaq

Cəmiyyət
Dünən, 10:07

Yalançı "İsmayıllı şoru" aşkarlandı – Müəssisənin fəaliyyəti dayandırıldı

Cəmiyyət
Dünən, 09:40

Qubada Səməd Vurğunun 120 illiyi qeyd olunub - FOTO

Cəmiyyət
Dünən, 09:07

"Onların Mehdisi, bizim Mixaylomuz" - Oğuz və İsmayıllıda çəkilişi aparılan film

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 42-ci günü – XRONİKA

İqtisadiyyat
06 noyabr 2026, 17:12

Şimalda sertifikatlı toxum satışına başlanılır

İqtisadiyyat
06 noyabr 2026, 16:39

Süd məhsullarına yeni etiket tətbiq edilir – Fermerlər üçün dəyişəcək?

İqtisadiyyat
06 noyabr 2026, 16:23

Kiçik sahibkarları 5 illik vergi güzəşti gözləyir – 10 min nəfər faydalana bilər

Kriminal
06 noyabr 2026, 16:13

Qusarda kişi mərhum qardaşının arvadını evdən qovmaq istədi

İqtisadiyyat
06 noyabr 2026, 15:58

Turistlər Şimalı seçir, Qusar liderdir - STATİSTİKA

İqtisadiyyat
06 noyabr 2026, 15:14

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

İqtisadiyyat
06 noyabr 2026, 15:13

Baytarlıq ekspertizası üçün dövlət rüsumu 2 dəfə azaldılır

Cəmiyyət
06 noyabr 2026, 14:50

Qəbələdə 26 vətəndaşın müraciəti dinlənilib

Oxşar xəbərlər