top
Adı Çuxur hamam, ətrafı da çuxurla dolu
Video
24 mart 2026, 09:36
- +

Adı "Çuxur hamam", ətrafı da çuxurla dolu

Quba şəhərində yerləşən tarixi məkanın ətrafında yolların yararsız vəziyyətdə olması sakinlərin narazılığına səbəb olub. Turizm baxımından ölkənin önəmli bölgələrindən sayılan Qubada qonaqların rahat hərəkəti üçün infrastrukturun yaxşı vəziyyətdə olması vacib hesab edilir. Lakin mövcud vəziyyət bunun əksini göstərir.

Shimal.News-a danışan sakinlər bildirirlər ki, Musabəyov və Ərdəbil küçələrinin kəsişməsində yerləşən, XVIII–XIX əsrlərə aid tarixi memarlıq abidəsi olan Çuxur hamamın ətrafında yol səthi çala və iri çuxurlardan ibarətdir.

Onların sözlərinə görə, ərazidə nəinki turistlər, hətta yerli sakinlər belə çətinliklə hərəkət edirlər. Yağışlı havalarda çuxurlar su ilə dolur, bu isə sürücülər üçün əlavə problemlər yaradır. Nəticədə avtomobillər tez-tez nasaz hala düşür və sakinlər əlavə xərclərlə üzləşirlər.

Qeyd edək ki, sözügedən ərazi Quba şəhərinin mərkəzində yerləşən və gümbəzli quruluşu ilə seçilən Çuxur hamamın yaxınlığıdır. Bu tarixi abidə şəhərin əsas turizm nöqtələrindən biri hesab olunur.

Sakinlər həm yerli əhali, həm də turistlərin istifadə etdiyi bu ərazidə yolların təmir olunmasının zəruri olduğunu bildirir, aidiyyəti qurumlardan problemin qısa zamanda həllini gözlədiklərini qeyd edirlər.


Son xəbərlər

Cəmiyyət
Dünən, 17:56

Fermerlər: "İş var, amma işçi yoxdur"

Cəmiyyət
Dünən, 17:04

Xaçmaz sakini: "Elektrik xətləri təhlükə saçır"

Hadisə
Dünən, 16:05

Qusarda kişi həmkəndlisini ağır yaraladı

Cəmiyyət
Dünən, 15:05

Qubanın bu kəndində yağış yağan kimi kanalizasiya daşır

Hadisə
Dünən, 14:05

Xaçmazda kanalda qadın meyiti tapılıb

Cəmiyyət
Dünən, 13:05

Quranda adı çəkilən quş Xaçmazdan sonra Qubada da tapıldı

Cəmiyyət
Dünən, 12:10

Şimalın deputat - jurnalistləri

Hadisə
Dünən, 11:11

Elnarə Abdullayevaya ağır itki

Hadisə
Dünən, 10:00

Zaqatalada 60 yaşlı kişinin meyiti tapıldı

Hadisə
21 iyul 2026, 17:57

Qəbələdə qanunsuz tikinti söküldü

Cəmiyyət
21 iyul 2026, 17:00

Baytar həkim tapa bilirsiniz?

Hadisə
21 iyul 2026, 16:20

Qubalı gənc 40 gündən çoxdur itkindir

Cəmiyyət
21 iyul 2026, 15:20

Velosiped zolağı Xudata rahatlıq gətirdi, yoxsa problem?

Cəmiyyət
21 iyul 2026, 14:20

Quba və Xaçmazın bəzi kəndlərində qaz kəsiləcək

Cəmiyyət
21 iyul 2026, 14:20

Qaxlı şəhid gizirimizin doğum günüdür

Cəmiyyət
21 iyul 2026, 13:23

Zaqatalanın kəndləri 10 gündən çoxdur susuz qalıb

Cəmiyyət
21 iyul 2026, 12:40

Xaçmazda yol və elektrik problemi sakinləri bezdirib

Hadisə
21 iyul 2026, 11:43

İsmayıllıda iki maşın toqquşdu: Ölən var

Cəmiyyət
21 iyul 2026, 10:58

Azərbaycanda nikah və boşanmaların sayı açıqlanıb

Cəmiyyət
21 iyul 2026, 10:00

Azərbaycan əhalisinin sayı açıqlanıb

Cəmiyyət
21 iyul 2026, 09:10

İsmayıllının bu kəndi qazsız, susuz, internetsiz yaşayır

Cəmiyyət
20 iyul 2026, 18:10

Qubada fotoqrafın 10 min manatlıq avadanlığı itdi: Kömək gözləyir

Cəmiyyət
20 iyul 2026, 17:40

Rəşad Nəbiyev Xaçmazda vətəndaşları qəbul edib

İqtisadiyyat
20 iyul 2026, 16:50

Xaçmazda heyvan bazarı fəaliyyətə başladı

Oxşar xəbərlər