Quba-Qonaqkənd yolunun 31-ci km-də Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) xüsusi texnikaları və canlı qüvvəsi cəlb olunub.
Shimal.News xəbər verir ki, bu barədə AAYDA məlumat verib.
"Qaya parçalarının parçalanaraq yolun hərəkət hissəsindən kənarlaşdırılması işləri aparılır. Qısa müddətdə yolda hərəkət bərpa olunacaq", - deyə məlumatda qeyd edilib.