Bakı-Quba avtomobil yolunun 21-ci kilometrində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. Bu barədə ShimalNews 30 dekabr tarixində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən məlumat verir.
02 yanvar 2023-cü il tarixində, saat 01:00-dan 05:00-dək hər iki istiqamətdə yol bağlanacaq. Bu, yerüstü piyada keçidinin tikintisi ilə əlaqədardır.
Qeyd olunan vaxt kəsiyində sürücülərdən alternativ olaraq Saray-Novxanı yolundan istifadə etmələri xahiş olunur.