Bakı-Quba yolunda yük avtomobili aşaraq yararsız hala düşüb, xəsarət alan var. Bu haqda ShimalNews 17 dekabr tarixində xəbər verir.
Hadisə saat 11:00 radələrində magistralın Şabran rayonu ərazisində baş verib. “Shacman” markalı yük daşıyan avtomobilin sürücüsü idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi aşıb, yolu işıqlandıran dirək sıradan çıxıb və yolda sıxlıq müşahidə olunur.
Yaralı sürücü xəstəxanaya yerləşdirilib.