top
26 İyun – Azərbaycan Respublikası Silahlı Qüvvələri Günüdür
Bu gün, 00:01
- +

26 İyun – Azərbaycan Respublikası Silahlı Qüvvələri Günüdür

Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 108 il ötür.

Azərbaycan Xalq Cümhuriyyətinin qərarı ilə 26 iyun 1918-ci ildə ilk hərbi hissə – əlahiddə korpus yarandı. Bu qərar müsəlman Şərqində ilk demokratik hökumətin öz ordusunu yaratmasına hüquqi əsas verdi. Bunun ardınca orduya çağırış haqqında hökumət tərəfindən Fərman verildi.

Azərbaycan müstəqilliyini bərpa edəndən sonra, 9 oktyabr 1991-ci il ildə Azərbaycan Respublikasının Ali soveti Ordunun yaradılması haqqında qanun qəbul etdi.

1998-ci ildə 26 İyun – Silahlı Qüvvələr Günü elan edilib.

Tariximizin şanlı səhifəsi sayılan bu gün, 108-ci ildönümünü böyük qürur hissi ilə qeyd etdiyimiz Azərbaycan Ordusunda vahid komandanlığın təmin edilməsi, nizami ordu quruculuğu prosesinin prioritet məsələ elan olunması xalqımızın Ümummilli Lideri Heydər Əliyevin bu istiqamətdə atdığı cəsarətli addımların nəticəsidir.

Dövlətimizin başçısı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın diqqət və qayğısı sayəsində hərbi qulluqçuların xidməti-məişət şəraitinin, maddi rifah halının, mənzil məsələlərinin yaxşılaşdırılması və sosial qayğılarının həlli istiqamətində görülən işlərin davam etdirilməsi hərbi xidmətə marağın artmasına səbəb olub.

Möhtərəm Prezident, cənab Ali Baş Komandanın 28 dekabr 2011-ci il tarixli "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə" Fərmanının icrasının təmin edilməsi məqsədilə 20 təqvim ili və daha çox qüsursuz xidmət edən hərbi qulluqçulara daimi mənzillərin verilməsi şəxsi heyətdə böyük ruh yüksəkliyi yaradıb.

Müzəffər Ali Baş Komandan İlham Əliyev Xankəndi şəhərində Zəfər meydanında hərbi parad qəbul etməklə Xalq, Dövlət, Ordu birliyinin təcəssümü olan Vətən Müharibəsində Böyük Qələbəni təsdiqlədi.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:44

Mehriban Əliyeva 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib

Bütün xəbərlər
Dünən, 22:32

Prezident sosial şəbəkə hesablarında Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım edib

Cəmiyyət
Dünən, 17:59

Qubada yolun ortasında sürücülərə "sürpriz"

Cəmiyyət
Dünən, 17:30

Şimal bölgəsinin müəllimləri imtahanda yüksək nəticələr göstəriblər

Cəmiyyət
Dünən, 16:51

Qubanın bu kəndinə Təcili yardım belə gələ bilmir

Cəmiyyət
Dünən, 15:12

Qubanın dağ kəndində rabitə problemi: "Övladlarımızla əlaqə saxlaya bilmirik"

Cəmiyyət
Dünən, 14:24

Qusarlı müəllim 60 bal topladı

Cəmiyyət
Dünən, 12:58

Qusarlı məzun 400 bal toplamağa cəhd edəcək

Cəmiyyət
Dünən, 12:18

Nazirlər vətəndaş qəbulu keçirəcəklər

Cəmiyyət
Dünən, 11:11

Şəkidə mədəni qastrol baş tutub

Cəmiyyət
Dünən, 10:30

Qusarda kənd təsərrüfatı ilə bağlı iclas keçirilib

Hadisə
Dünən, 09:43

Şamaxıda məktəb direktoruna hücum edən şəxsə şərti cəza verildi

Cəmiyyət
24 iyun 2026, 18:00

Cinayət işi: Qubaya çatdıqdan sonra əsgərin vəziyyəti daha da pisləşib

Hadisə
24 iyun 2026, 17:30

Qəbələdə tövlə və 5 ton ot bağlaması yanıb

Kriminal
24 iyun 2026, 16:20

Qubada 13 yaşlı qıza seksual hərəkətlər edən gəncə HƏBS CƏZASI

Cəmiyyət
24 iyun 2026, 15:55

Avtomobilləri məhv edən magistral yol

İdman
24 iyun 2026, 14:41

"Şahdağ Qusar" növbəti transferini rəsmiləşdirdi

Cəmiyyət
24 iyun 2026, 13:57

Qubanın 6 kəndinin mərkəz ilə əlaqəsi yenidən bərpa olundu

İdman
24 iyun 2026, 12:37

Qusarda cüdo üzrə kəmər imtahanı keçiriləcək

Kriminal
24 iyun 2026, 11:40

Xaçmazda silsilə oğurluq edən 3 nəfər həbs edilib

Bütün xəbərlər
24 iyun 2026, 10:39

İsmayıllıda əməliyyat: Meşədə gizlədilmiş marixuana və çətənə aşkarlandı

Bütün xəbərlər
24 iyun 2026, 09:38

Quba–Xaçmaz yoluna axan su sürücülərə problem yaradır

Bütün xəbərlər
23 iyun 2026, 18:00

Qaxda kişi adapteri arvadının başına vurdu, barışmaq üçün ona maşın hədiyyə etdi

Oxşar xəbərlər