Yanvarın 1-də, saat 00:40 radələrində Şamaxı Rayon Mərkəzi Xəstəxanasında qız övladı dünyaya göz açıb.
Shimal.News xəbər verir ki, körpənin çəkisi 3 kiloqram 200 qramdır.
Doğuş təbii yolla həyata keçirilib. Hazırda ana və uşağın vəziyyətinin stabil olduğu bildirilir.
Qeyd edək ki, körpə 2001-ci il təvəllüdlü ananın üçüncü övladıdır.