top
Zərdabi sakinlərinin bələdiyyə sədrindən ŞİKAYƏTİ
10 iyul 2025, 13:30
- +

Zərdabi sakinlərinin bələdiyyə sədrindən ŞİKAYƏTİ

Quba rayonunun Zərdabi qəsəbəsinin sakinləri bələdiyyə sədri Kərim Məmmədovun vətəndaşlara qarşı sərgilədiyi yanaşmadan narazıdırlar.

Sakinlər Shimal.News-a bildirirlər ki, sədr bu günə qədər qəsəbədə heç bir real iş görməyib, əhalinin sosial-məişət problemləri ilə maraqlanmayıb.

Bunun əvəzində isə vətəndaşlara ard-arda vergi borcları ilə bağlı bildirişlər göndərilir. Əhali xüsusilə bildirişlərin məzmunundan narazıdır. Sənədlərdə “30 gün ərzində borc ödənilməzsə, barənizdə məhkəməyə müraciət olunacaq” ifadəsi yer alır. Sakinlər bu yanaşmanı açıq təhdid və psixoloji təzyiq kimi qiymətləndirirlər.

Məsələ ilə bağlı fikrini bildirən hüquqşünaslar isə qeyd edirlər ki, bu cür bildirişlərin göndərilməsi hüquqi baxımdan düzgün deyil. Hüquqşünas Cavid Quliyev deyir ki, vergi borcu ilə bağlı tədbir görülməzdən əvvəl, xüsusən də fiziki şəxslər üçün, onların sosial durumu və ödəmə imkanları araşdırılmalıdır:

“Əgər söhbət sadə kənd sakinlərindən və onların sosial öhdəliklərindən gedirsə, əvvəlcə onların yaşayış səviyyəsi, məşğulluq vəziyyəti nəzərə alınmalıdır. Hüquqi prosedurların tətbiqində ilk addım məhkəmə ilə hədələmək yox, dialoq və maarifləndirmə olmalıdır”.

Zərdabi sakinləri onu da vurğulayırlar ki, qəsəbədə illərdir daxili yollar bərbad vəziyyətdədir, bəzi məhəllələrdə kanalizasiya sistemi yoxdur, kommunal problemlər isə yığılıb qalıb. Bütün bu çətinliklərə baxmayaraq, bələdiyyənin yeganə “fəaliyyəti” vergi bildirişləri göndərməkdən ibarətdir.

Sakinlər aidiyyəti qurumlardan məsələyə müdaxilə edilməsini, bələdiyyə rəhbərliyinin fəaliyyəti ilə bağlı araşdırma aparılmasını və cəmiyyətə qarşı daha humanist, ədalətli yanaşmanın tətbiq olunmasını tələb edirlər.

Son xəbərlər

İdman
Dünən, 18:10

"Qəbələ" yeni baş məşqçi axtarışında

Hadisə
Dünən, 17:58

Şəkidə xanım sürücü avtomobili aşırdı – Xəsarət alan var

Cəmiyyət
Dünən, 17:40

Xudat məktəbi yeni dərs ilinə yenilənmiş şəkildə başlayır - FOTO

Hadisə
Dünən, 17:13

Quba-Xınalıq bir hissəsi bağlandı

Cəmiyyət
Dünən, 16:25

Zaqatalada əsaslı təmir edilmiş gimnaziyanın açılışı olub

Cəmiyyət
Dünən, 15:20

Balakən xəstəxanasının direktoru vəzifəsindən azad edilib

Cəmiyyət
Dünən, 15:05

Qubanın dağlarında nadir quşlar - Ağbaş kərkəslər

Cəmiyyət
Dünən, 13:44

Qubalı şəhidimizin qızı 1-ci sinfə başladı: atasının məzarını ziyarət etdi

İdman
Dünən, 12:52

İsmayıllıda ölkə çempionatı başa çatdı – velosipedçilər mükafatlandırıldı

Cəmiyyət
Dünən, 11:37

Bir canlının zingiltisi, bir insanın vicdanı – Qubada təsirli hadisə - VİDEO

Hadisə
Dünən, 10:59

"Çevik"lə birgə saxlanılan Kamran Bilalovun həbs səbəbi bəlli oldu

Cəmiyyət
Dünən, 10:00

Anar Əliyev Qusarda vətəndaşları qəbul edəcək

Cəmiyyət
Dünən, 07:00

Şimalda Bilik Günü: Məktəbdən başlayan yol dağ kəndlərindən gələcəyə uzanır

Cəmiyyət
14 sentyabr 2026, 17:55

Qubada yola yamaq vurdular, amma dağılan hissə təmirsiz qaldı

Cəmiyyət
14 sentyabr 2026, 16:44

"Şəki Yaylası" faciəsində yeni detal: Qoruyucu ilə bağlı suallar yaranıb

Cəmiyyət
14 sentyabr 2026, 16:00

Xaçmaz və Qubanın bir sıra kəndlərində qaz olmayacaq

Kriminal
14 sentyabr 2026, 15:00

Şabranda vandalizm hadisələri baş verir, qədim qəbirlər qazılır

Cəmiyyət
14 sentyabr 2026, 14:05

Xaçmazda qəhvəyi mərmər bağacığına qarşı maarifləndirici görüşlər keçirilib

İqtisadiyyat
14 sentyabr 2026, 13:10

Şimalın 5 rayonunda neft qaz axtarışı aparılacaq

İqtisadiyyat
14 sentyabr 2026, 12:10

Prezident Administrasiyasının əməkdaşı Xudatda baxış keçirib

Cəmiyyət
14 sentyabr 2026, 11:28

Xaçmazda bu yolda 8 kilometr məsafəni qət etmək 40 dəqiqə çəkir

Cəmiyyət
14 sentyabr 2026, 10:42

Zaqatalada şəhid ailəsi ziyarət edilib, sakinlərin müraciətləri dinlənilib

Cəmiyyət
14 sentyabr 2026, 10:00

Şimallı igid şəhidlərimizin doğum günüdür

Hadisə
14 sentyabr 2026, 09:30

Qubada iki avtomobil toqquşdu – FOTO

Oxşar xəbərlər