Zaqatala rayonunun Bazar kəndində antisanitar vəziyyət hökm sürür.
Bu barədə Shimal.News-a danışan kənd sakinlərinin sözlərinə görə, bir müddətdir ki, tullantılar daşınmır və kənd ərazisində qalaqlanır.
Sakinlər bildiriblər ki, qalaqlanan zibil ətraf mühitdə xoşagəlməz mənzərə yaratmaqla yanaşı, kəskin pis qoxuya da səbəb olur.
"Məsələ ilə bağlı aidiyyəti qurumlara dəfələrlə müraciət etsək də, indiyədək heç bir nəticə əldə olunmayıb", - deyə kənd sakinləri qeyd ediblər.