Xəbər verdiyimiz kimi, gecə saatlarında Xəzər dənizi sahillərində 5,4 maqnitudalı zəlzələ qeydə alınıb. Təkanlar Azərbaycanın şimal rayonlarında da hiss olunub.
Shimal.News məlumat verir ki, Xaçmaz rayon İcra Hakimiyyətiilə bağlı rəsmi açıqlama yayıb.
Məlumatda deyilir:
"27.08.2025-ci il tarixində yerli vaxtla saat 00.33 dəqiqədə Qusar seysmik stansiyasından 94 km şimalda-Dağıstan Respublikası ərazisində 74 km dərinliyində 5,4 bal maqnituda zəlzələ qeydə alınıb.Zəlzələ Xaçmaz rayonunda 3-4 bala qədər hiss olunub, heç bir dağıntı baş verməyib".