Xəzər dənizində güclü zəlzələ olub. Bu haqda ShimalNews 7 dekabr tarixində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən məlumat verir.
Hadisə Siyəzən stansiyasından 60 km şərqdə saat 08:16-da qeydə alınıb. Zəlzələnin maqnitudasi 5,6 bal, ocağı isə 68 km dərinlikdə olub.
Yeraltı təkanlar Quba, Xaçmaz, Bakı və bir sıra şəhərlərdə hiss olunub.
“Zəlzələdən sonra təkanlar olacaq, amma hiss olunmaya bilər”, - baş seysmoloq Qurban Yetirmişli bildirib.