top
“Yoldaşım mənimlə fəxr edir, hər yerdə deyir ki, xanımım kənd təsərrüfatı ilə məşğuldur” - Sahibkar qadın ilə ÖZƏL MÜSAHİBƏ
08 mart 2025, 12:45
- ↺ +

“Yoldaşım mənimlə fəxr edir, hər yerdə deyir ki, xanımım kənd təsərrüfatı ilə məşğuldur” - Sahibkar qadın ilə ÖZƏL MÜSAHİBƏ

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

8 Mart – Beynəlxalq Qadınlar Günü, dünyada qadınların sosial, iqtisadi və siyasi uğurlarını qeyd edən və eyni zamanda qadınların hüquqlarının qorunmasına diqqət çəkən bir gündür. Bu gün, həmçinin qadınların güclü, iradəli və uğurlu olmalarını qeyd etmək üçün əhəmiyyətli bir gündür.

Shimal.News–un əməkdaşı Azərbaycan Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyanın sədr müavini Jalə Əmirbəyova ilə danışıb.

Müsahibəni təqdim edirik:

- Jalə xanım, öncə sizi 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik edirəm. Özünüz haqqında məlumat verməyinizi istərdim.

- Təşəkkür edirəm, mən də sizi bayram münasibəti ilə təbrik edirəm. Mən illərdir ki, sahibkarlıq fəaliyyəti ilə məşğulam. 2016-cı ildə yaradılan Azərbaycan Meyvə -Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyanın sədr müavini seçildim. 2018-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən “Tərəqqi” medalı ilə təltif edildim. 25 ildən çox pedaqoji fəaliyyətim var. 15 ildir ki, Qusar rayonunda sahibkar kimi fəaliyyət göstərirəm. Eyni zamanda taxılçılıq ilə də məşğulam. Torpaqlarda taxıl əkirəm. Toxumçu kimi də fəaliyyət göstərirəm. 5 ildən çoxdur ki, tərəvəzçilik ilə də məşğulam.

- Bir qadının kənd təsərrüfatının taxılçılıq kimi bir sahəsi ilə məşğul olması tez- tez rast gəlinən hal deyil.

- Ümumiyyətlə, Assosiasiyamızda tək qadın mən idim. Çətin deyil. Azərbaycanda qadına böyük hörmət var. Hər zaman şahidi oluram. Bu sahəyə gəlmək arzum olmayıb, lakin həyat belə gətirdi. Müəllim idim. Daha sonra məktəb direktoru kimi fəaliyyət göstərirdim.

Sonradan ailəmiz Qusardan torpaq sahəsi aldı. Kimsə onu idarə etməli idi. Ailədə idarəçilikdən anlayışı olan mənim idim deyə, mənə həvalə olundu. İlin çox vaxtını Qusarda oluram. Ailəmin hər zaman dəstəyi olub. Ailə dəstəyi olanda xanımların işi daha uğurlu olur. Kənd təsərrüfatı mənim üçün hobbi deyildi. Sadəcə məktəb vaxtından Biologiya fənnindən anlayışım var idi. Lakin hər hansı hobbisi olanlar onu biznesə də çevirə bilərlər.

- Sahibkar olmaq sizin üçün nə deməkdir?

- Maraqlıdır. Hər şeyi hesab -kitab etməyi bacarırsan. Son illər sahibkarlara böyük dəstək var. Qadın sahibkarlara isə xüsusi hörmət var.

- İş dünyasında qadın olmağın əlavə bir çətinliyi var?

-- Bizim bəzi insanlar tənbəldir. Pul qazanmaq istəyir. Amma hərəkət etmirlər. Arzusu var amma heç nə etmir. Nə edəcəyini də bilmir. Sahibkarlığın inkişafı dövlətin inkişafı deməkdir. Qadınlara deyirəm ki, iş dünyasında qadın olmağın o qədər də çətinliyi yoxdur. Özünüzü qorxutmayın.

- İşinizi qurarkən qarşılaşdığınız ən böyük maneələr nələr oldu və onlarla necə mübarizə apardınız?

- Xüsusi çətinlik olmayıb. Kadr çatışmazlığından əziyyət çəkmişik. Çox istərdim ki, gənclərimiz kənd təsərrüfatı sahəsində ixtisaslaşsınlar. Qadın olduğum üçün heç vaxt özümü narahat hiss etməmişəm. Kişilər hər zaman yaxşı münasibət göstərib. İndi də deyirlər ki, inanmazdıq ki, şəhərdən gəlib burada qalıb işləyərsiniz. Lakin təsərrüfatın sirlərini öyrənməliydim.

- Günümüzdə sahibkarlıq üçün ən vacib bacarıqlar hansılardır?

- İnkişafa meylli olmaq lazımdır. Yalnız və yalnız inkişaf etmək lazımdır.

- Sahibkar olmaq istəyən qadınlara hansı məsləhətləri verərdiniz?

- Əgər siz hansısa bir işlə məşğul olmaq istəyirsinizsə, başlayın, sonraya saxlamayın. Dövlət tərəfindən sahibkarlara çox böyük dəstək var. Təki cəhd göstərsinlər. Daim arzuları olsun. İstək olduqdan sonra qarşında yollar da açılır.

Əgər hansısa işlə məşğul olmaq lazımdırsa, planlaşdırmalısan. Fikirləşmək lazımdır ki, pulu necə qazanacağam. Qazanc yolunu bacarmalısan. İstehsal etdiyimizi mütləq satmalıyıq. Bunu pula çevirməliyik. Araşdırmaq lazımdır ki, həmin məhsula ehtiyac varmı? Boş-boşuna iş qurmaq lazım deyil. Bazarda həmin məhsula ehtiyac yoxdursa, mənasız olacaq. Alıcısı olmayacaqsa, qazanc gətirməyəcək. Bazarın tələbatının nə olduğunu araşdırmaq lazımdır. Qiymətinin, satış qaydasının hər birini tənzimləmək lazımdır. Mütləq deyil ki, sən ali təhsilli sahibkar olasan. Ruhdan düşmək lazım deyil.

- Deyirlər, qadın çox işi bacarmaz. Lakin bu gün bizim qadınlarımız kişilərin görə biləcəyi işləri də bacarırlar. Bu barədə siz nə deyə bilərsiniz?

- Bəzən hətta kişilər, qadınlarını lağa qoyurlar ki, bu nə işdir. Lakin uğur qazanandan sonra deyirlər ki, bu bizim ailə biznesimizdir. Yoldaşım alimdir, o mənimlə fəxr edir. Hər yerdə də deyir ki, “xanımım kənd təsərrüfatı ilə məşğuldur. Onunla fəxr edirəm”.

Ümumiyyətlə, xanımlar az pul ilə böyük işlər görməyi bacarırlar. Kişilər geri çəkiləndə xanım bədxərclik etmədən iş ortaya qoya bilir. Azərbaycan xanımları ilə fəxr edirəm.

- Gənclərimizə nə tövsiyə edərdiniz? Güclü qadın olmaq üçün nə etmək lazımdır?

- Güclü qadın olmaq üçün riskə getməlisən. Bir də daim inamlı olmalısan. İstəklərini həyata keçirməyi bacarmalısan. Bəzən düşünürlər ki, ali təhsil yoxdursa, heç nə alınmayacaq. Amma bəzən bu, vacib olmur, əsas bacarıq və istəkdir.

Təhsilim yoxdur, deyə həvəsdən düşməməlisən.

- İşinizi övladlarınızdan kimə həvalə edəcəksiniz?

- Onlar başqa işlə məşğuldurlar. Ümidim nəvələrimədir, bəlkə onlar məşğul olarlar.

Nəzrin Vahid

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün 8 Noyabr - Zəfər Günüdür!

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 43-cü günü – XRONİKA

İqtisadiyyat
Dünən, 17:59

Gübrə bahalaşır: fermerləri və ərzaq bazarını hansı risklər gözləyir?

İqtisadiyyat
Dünən, 17:43

Qəbələnin iqtisadiyyatında musiqi alətləri istehsalının da yer aldığını bilirdinizmi?

Cəmiyyət
Dünən, 16:27

Qubanın Çinarlı kəndində yük maşınları sakinləri narahat edir

Cəmiyyət
Dünən, 16:06

Şimalda evi isitmək neçəyə başa gəlir? - SHİMAL.NEWS-un ARAŞDIRMASI

Cəmiyyət
Dünən, 15:51

Səfura Əliyeva "Qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülüb

Hadisə
Dünən, 14:19

Bakı-Şamaxı yolunda qəza: ölən və yaralanan var

Cəmiyyət
Dünən, 13:00

Qarın hündürlüyü 5 santimetrə çatıb - Şimalda faktiki hava

Cəmiyyət
Dünən, 12:08

Qaxda qatı duman və yağış müşahidə olunur - VİDEO

İqtisadiyyat
Dünən, 11:30

Turizm biznesi üçün əlavə vergi güzəştləri təklif olunur

Cəmiyyət
Dünən, 10:31

Qaxda Zəfər Günündə konsert və atəşfəşanlıq olacaq

Cəmiyyət
Dünən, 10:07

Yalançı "İsmayıllı şoru" aşkarlandı – Müəssisənin fəaliyyəti dayandırıldı

Cəmiyyət
Dünən, 09:40

Qubada Səməd Vurğunun 120 illiyi qeyd olunub - FOTO

Cəmiyyət
Dünən, 09:07

"Onların Mehdisi, bizim Mixaylomuz" - Oğuz və İsmayıllıda çəkilişi aparılan film

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 42-ci günü – XRONİKA

İqtisadiyyat
06 noyabr 2026, 17:12

Şimalda sertifikatlı toxum satışına başlanılır

İqtisadiyyat
06 noyabr 2026, 16:39

Süd məhsullarına yeni etiket tətbiq edilir – Fermerlər üçün dəyişəcək?

İqtisadiyyat
06 noyabr 2026, 16:23

Kiçik sahibkarları 5 illik vergi güzəşti gözləyir – 10 min nəfər faydalana bilər

Kriminal
06 noyabr 2026, 16:13

Qusarda kişi mərhum qardaşının arvadını evdən qovmaq istədi

İqtisadiyyat
06 noyabr 2026, 15:58

Turistlər Şimalı seçir, Qusar liderdir - STATİSTİKA

İqtisadiyyat
06 noyabr 2026, 15:14

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

İqtisadiyyat
06 noyabr 2026, 15:13

Baytarlıq ekspertizası üçün dövlət rüsumu 2 dəfə azaldılır

Cəmiyyət
06 noyabr 2026, 14:50

Qəbələdə 26 vətəndaşın müraciəti dinlənilib

Oxşar xəbərlər