Xudat şəhərində yerləşən Mədəniyyət Mərkəzinin qarşısındakı parkda əsaslı yenidənqurma işləri aparılır.
Shimal.News xəbər verir ki, hazırda ərazidə köhnə döşəmə örtüyü sökülür, torpaq sahəsində təmizlik və bərpa işləri görülür.
Təmir prosesi mərkəzin əsas giriş hissəsini və ətraf meydançanı əhatə edir.
Təmir-bərpa işləri başa çatdıqdan sonra parkın şəhər sakinləri üçün daha rahat və funksional istirahət məkanına çevrilməsi planlaşdırılır.