Xaçmaz rayonunun Xudat şəhərində Heydər Əliyev adına parkda yenidənqurma işləri davam etdirilir.
Shimal.News xəbər verir ki, hazırda parkın ərazisinə tamet döşənir. Daha sonra yeni ağac və gül kolları əkiləcək, oturacaqlar qoyulacaq, müasir işıqlandırma sistemi yaradılacaq, mövcud fəvvarə yenilənəcək.
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev istirahət parkında görülən işlərlə tanış olub. Eləcə də sakinlərlə söhbət edərək onların müraciət və təkliflərini dinləyib.

