Xaçmaz rayonunun Samurçay kəndi yaxınlığında Rusiya istiqamətində sərhədi qanunsuz keçmək istəyən 3 nəfər saxlanılıb. Bu haqda ShimalNews 29 noyabr tarixində Dövlət Sərhəd Xidmətinə istinadən məlumat verir.
Noyabrın 26-sı saat 15:00-da “Xudat” sərhəd dəstəsinin xidməti ərazisində Pakistan İslam Respublikasının vətəndaşları saxlanılıblar.
Araşdırma zamanı saxlanılan şəxslərin Azərbaycana rəsmi qaydada gəlmələri məlum olub. Onlar Rusiya Federasiyasına, oradan isə Avropa ölkələrinin birinə miqrasiya etmək niyyətində olublar.